Xəz dəri məmulatlarının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən xəz dəri məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınmışdır.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı məlumatda bildirilir ki, Pekin-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı bundan öncə etdiyi səfər zamanı əl yükləri üzərində mövcud olan birkaları saxlamış, bu dəfə isə həmin çantaları baqaj yükü kimi təqdim etməklə, artıq yüklərin yoxlanışdan keçdiyi görüntüsünü yaradaraq "Yaşıl kanal" vasitəsilə gömrük zonasını tərk etmək istəmişdir.
Gömrük əməkdaşı tərəfindən vətəndaş "Qırmızı kanal"a yönləndirilmiş və rentgen qurğusu ilə onun yüklərinə keçirilən baxış zamanı şübhəli təsvirlər müşahidə olunmuşdur.
Yoxlama zaman həmin şəxsə məxsus çamadan və sellofan torbadan gömrük orqanlarına bəyan edilməyən 27 ədəd müxtəlif markalı xəz dəri məmulatları aşkar edilmişdir.
Faktla bağlı araşdırma aparılır. / marja.az

"Bitcoin" 61 min dolları ötüb - SON QİYMƏT
Müasir bankçılıqda komplayens: Etimad, məsuliyyət və dayanıqlı inkişaf
Anar Axundov: "Azərbaycanda İtaliya sərmayəli 124 şirkət fəaliyyət göstərir"
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
Endirimli cümə həftəsində Yelo Invest-də komissiyasız alış
Bank kartlarından milyonlarla manat ələ keçirilib – Mərkəzi Bank rəqəmləri açıqladı
Kart fırıldaqçılığına dair narahatedici rəqəmlər –5 milyon manatlıq kart fırıldaqçılığı
XalqKart "Qara Cümə" alış-verişlərində 5 % keşbek/bonus qazandırır
Azər Türk Bank "atb friday" kampaniyasına start verdi
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivə yaradılıb
Dünyada ən çox oxunan 5 kitab
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
IBAN nədir?
Start-up nədir?
Yatırım olmadan necə biznes qurmaq olar?