Yanvarda Azərbaycan bankları 100 milyon manata yaxın xalis mənfəət əldə ediblər

Yanvarda Azərbaycan bankları 100 milyon manata yaxın xalis mənfəət əldə ediblər31 yanvar 2024-cü il tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 49 milyard 296.8 milyon manat, cəmi öhdəlikləri 43 milyard 144.4 milyon manat, balans kapitalı 6, milyard 152.4 mln. manat olmuşdur. Yanvar ayında bankların cəmi aktivləri, сəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 0.2%, 0.1% və 1.5% artmışdır.
Mrarja.az xəbər verir ki, bu, Mərkəzi Bankın aylıq Bülletenində bildirilir.
Qeyd edilib ki, Yanvar ayında bankların kredit portfeli 1.7% və ya 383.4 milyon manat artaraq 23 milyard 566.4 milyon manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 54.8% (12 milyard 912.9 milyon manat); ıı) istehlak kreditləri – 29.7% (7 milyard 8 milyard manat) və ııı) ipoteka kreditləri – 15.5% (3 milyard 645.5 milyon manat). Ay ərzində biznes, istehlak və ipoteka kreditləri müvafiq olaraq 296.1 milyon manat (+2.3%), 71 milyon manat (+1%) və 16.3 milyon manat (+0.4%) artmışdır.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz bəndi azalaraq 1.9% təşkil etmişdir 
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 81.1%-i və ya 34 milyard 995.4 milyon manat. Depozit portfelinin 63.3%-i (22 milyard 164.2 milyon manat) hüquqi şəxslərin, 36.7%-i (12 milyard 831.2 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
2024-cü ilin yanvar ayında fiziki şəxslərin əmanətləri 2% və ya 249.1 milyon manat artaraq 12 milyard 831.2 milyon manat təşkil etmişdir. Fiziki şəxslərin əmanət portfelinin 55.4%-i (7 milyard 113.2 milyon manat) müddətli əmanətlərdən ibarətdir.
Hüquqi şəxslərin tələbli depozitləri 17 milyard 499.8 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 79%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması yanvar ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 3.8 faiz bəndi azalaraq 35% təşkil etmişdir. 
2024-cü ilin yanvar ayında banklar 99.6 milyon manat xalis mənfəət, 143.6 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. 
Cari ilin yanvar ayında manatla geniş mənada pul kütləsi (M2) ötən ilin yanvar ayına nəzərən 18.4% artaraq 34 milyard 235.3 milyon manat təşkil etmişdir. 
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 102 milyon manat azalaraq 2 milyard 496.1 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesablarının həcmindəki azalma ilə əlaqədardır.
31 yanvar 2024-cü il tarixinə fəaliyyət göstərən 23 bankın filiallarının sayı 475, şöbələrinin sayı 104, ATM-lərin sayı 3,044 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 64 nəfər artaraq 23,633 nəfər təşkil etmişdir. / marja.az

Banklar     Tarix: 27 fevral 2024

Oxşar xəbərlər

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır


iqtisadi xeberler kripto bitkoin qiymeti online pul qazanmaq avtomobil xeberleri