"Yapı Kredi Bank Azərbaycan" QSC 2024-cü ili 12.4 milyon manat mənfəətlə başa vurdu
®"Yapı Kredi Bank Azərbaycan" 2024-cü il üzrə maliyyə nəticələrini açıqlayıb. Ötən ili uğurla bitirən bankın xalis mənfəəti artaraq 12.4 milyon manat təşkil edib.
Bu il bank üçün xüsusi əhəmiyyət kəsb edir, çünki "Yapı Kredi Bank Azərbaycan" bu il 25 illik fəaliyyətini qeyd edir. "Yapı Kredi Bank Azərbaycan" 25 illik fəaliyyət dövrü ərzində müştəri məmnuniyyətini ön planda tutaraq, iqtisadi inkişafa dəstək verməyə davam etmişdir. Bank innovativ xidmətləri və güclü maliyyə göstəriciləri ilə Azərbaycan iqtisadiyyatına verdiyi töhfəni artıraraq gələcəkdə də davamlı inkişafını təmin etməyi hədəfləyir.
Ötən il ilə müqayisədə bankın faiz gəlirləri 31% artaraq 46 milyon manat, qeyri-faiz gəlirləri 11% artaraq 26 milyon manat təşkil edib. Ümumilikdə bankın xalis faiz gəliri 20% artaraq 40 milyon manat olmuşdur.
Bankın istehlak və biznes kreditlərinə olan müştəri marağı maliyyə göstəricilərində özünü göstərmişdir. Belə ki, keçən ilin sonu ilə müqayisədə bankın ümumi kredit portfeli 9% artmış və 318 milyon manat təşkil etmişdir; biznes kreditləri portfeli 188 milyon manat olduğu halda, müştərilərin ehtiyaclarını nəzərə alaraq təklif edilən istehlak kreditləri portfeli 20% artaraq 82 milyon manat olmuşdur. Daşınmaz əmlak kreditləri 37% artaraq 48 milyon manat təşkil edib.
Depozit portfeli 46% artaraq 535 milyon manat, hüquqi şəxslərin depozitləri 55% artaraq 428 milyon manat, fiziki şəxslərin depozitləri 19% artaraq 107 milyon manat təşkil etmişdir.
2024-cü ilin göstəricilərinə əsasən, "Yapı Kredi Bank Azərbaycan" Mərkəzi Bank tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımi səviyyədə yerinə yetirmişdir. Belə ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 17%, məcmu kapitalının adekvatlıq əmsalı isə 21% olmuşdur.
Bankın tutulmalardan sonra məcmu kapitalı 88 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, minimum məcmu kapital norması 50 milyon manatdır.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan "Yapı Kredi Bank Azərbaycan" QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir. / banker.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Necə Bitcoin almaq olar?
Swift nədir?
Biznes plan necə yazılır?
Startup nədir və necə olur?
Dünyanın əh bahalı brendləri - TOP-10