"Yapı Kredit Bank Azərbaycan" keçən il şirkətlərdən depozit cəlbini üçqat artırıb
"Yapı Kredit Bank Azərbaycan" QSC-nin 2024-cü il üzrə maliyyə hesabatı depozitlərdə əhəmiyyətli artım göstərib.
Banker.az bankın illik maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə depozitlərin ümumi məbləği 534.7 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə 366.7 milyon manat 45.8% artım deməkdir.
Azərbaycanda fəaliyyətdə olan Türkiyə kapitallı bank son bir ildə şirkət və ya təşkilatların və ya qanuni dildə desək hüquqi şəxslərin depozitlərində daha kəskin artım qeydə alınıb.
Bankın şirkətlərin banklardakı depozitləri 2024-cü ildə bu məbləğ 428 milyon manata çataraq, əvvəlki ilin göstəricidən 54.7% çox olub.
Fiziki şəxslərin depozitləri hesabat ilində 106.8 mln. manata çatıb ki, illik müqayisədə 18.6% artım deməkdir.
"Yapı Kredi Bank" keçən il müştərilərə cəlb etdiyi depozitlər qarşılığında 5.45 mln. nabat faiz ödənişləri həyata keçirməklə illik 3.4 dəfə artıb.
Bankın keçən il müddətli depozitləri – hansı ki, xərcli borc sayılır son bir ildə 43.89 mln. manatdan 105 mln. manata yüksəlib. Bankın müddətli depozitlərinin böyük hissəsi, 62.5 mln. manatı ABŞ dollarındadır.
Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər son bir ildə 35% artımla 48,182.25 min manata qalxıb.

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Necə Bitcoin almaq olar?
Swift nədir?
Biznes plan necə yazılır?
Startup nədir və necə olur?
Dünyanın əh bahalı brendləri - TOP-10