Yaponiya Mərkəzi Bankı faizini dəyişməyib - Qlobal bazarlarda son vəziyyət
FED-in faiz dərəcəsini azaldması fonunda beynəlxalq birjalarda volatillik artıb. EUR/USD valyuta cütlüyü artım tempini bərpa edib və 1.1163 səviyyəsinə qədər bahalaşıb.
Eyni qaydada, GBP/USD cütlüyünün bahalaşmasının şahidi oluruq. Ötən gün 1.3220 səviyyəsinə qədər ucuzlaşan məzənnə, BoE-nin faiz qərarı fonunda bahalaşaraq 1.3292 səviyyəsində ticarət olunur. Qeyd edək ki, cümə axşamı günü Britaniya Mərkəzi Bankı (İngiltərə Bankı) uçot faiz dərəcəsini illik 5% səviyyəsində saxladığını bəyan edib.
Qızılın spot qiyməti 2594$, "Bretn" markalı neftin bir barrel üçün qiyməti isə 74.85$ təşkil edir.
Yaponiya Bankı (ölkənin mərkəzi bankı) keçirilən iclasından sonra faiz dərəcəsini 0.25% səviyyəsində saxladığını bildirib. Həmçinin, Yaponiyada avqust ayında istehlak qiymətləri illik ifadədə 2.8% artıblar. Əlavə olaraq, mərkəzi bank bildirib ki, inflyasiya proqnozları mülayim olaraq artıblar - xidmət sektorunda qiymətlərin artmağa davam etməsi fonunda istehlak qiymətlərinin artımı son vaxtlar 2.5-3% diapazonunda olub. USD-JPY cütlüyü ötən gündən bəri 143.760 həddindən 141.950 həddinə qədər ucuzlaşıb. Hal-hazırda isə 142.300 səviyyəsində ticarət olunur.
19 sentyabr tarixində keçirilən toplantısından sonra Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı bəyanatında ardıcıl altıncı dəfə uçot faiz dərəcəsini dəyişmədiyini və 50% səviyyəsində saxladığını bildirib.
Bugün Böyük Britaniyada Pərakəndə Satış Dövriyyəsinin Həcminə dair dərc olunacaq göstəricilər bazar iştirakçılarının diqqət mərkəzində olacaq əsas hadisələrdən biridir. Həmçinin, Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın Bakı vaxtı ilə saat 19:00-da baş tutacaq çıxışı maraqla gözlənilir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Necə Bitcoin almaq olar?
Swift nədir?
Biznes plan necə yazılır?
Startup nədir və necə olur?
Dünyanın əh bahalı brendləri - TOP-10