Yaponiya Mərkəzi Bankının rəhbəri yenin ucuzlaşmasından narahatlığını bildirib
Yaponiya Mərkəzi Bankının rəhbəri Haruhiko Kuroda hesab edir ki, 1998-ci ildən bəri yenin dollara nisbətdə ən böyük ucuzlaşması ölkə biznesinin işini sabitsizləşdirəcək.
Marja xəbər verir ki, o, bunu Tokioda baş nazir Fumio Kişida ilə iqamətgahında görüşdən sonra jurnalistlərə deyib.
"Məzənlərdə kəskin dalğalanmalar biznes fəaliyyətinə qeyri-sabitlik gətirir, iqtisadiyyatda qeyri-müəyyənliyi artırır, bu çox arzuolunmazdır", - Kuroda qeyd edib.
Məlumata görə, Mərkəzi Bank valyuta bazarındakı vəziyyəti diqqətlə izləyəcək.
Yaponiya Bankı ölkədə biznes şəraitini stimullaşdırmaq üçün faktiki olaraq mənfi kredit faizləri siyasətini həyata keçirir. Bu, ABŞ Federal Ehtiyat Sisteminin artıq kreditlər üzrə faiz dərəcələrini dəfələrlə qaldıran və dollarla ifadə olunan maliyyə alətlərini cəlbedici edən taktikası ilə kəskin ziddiyyət təşkil edir. Bunun səbəb olduğu Amerika valyutasının məzənnəsinin yüksəlməsi Yaponiyada idxal olunan malların, ilk növbədə enerji daşıyıcılarının qiymətinin kəskin artmasına səbəb olur. Nəticədə ölkə son dövrlərdə ticarət balansını xroniki defisitə çevirməkdədir.

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Startup nədir və necə olur?
IBAN nədir?
Onlayn biznes ideyaları
Mcdonalds françayzinqi neçiyədir?
Kriptovalyuta nədir?