Yaponiya yeni daha da ucuzlaşdı - 1990-cı ildən bəri bir ilk
Çərşənbə günü Tokioda keçirilən hərraclarda Dollar/yen məzənnəsi 1990-cı ildən bəri ilk dəfə olaraq 149,2 yen səviyyəsini görüb (Dollar bahalaşıb, yen ucuzlaşıb).
Marja xəbər verir ki, ABŞ-ın sənaye istehsalı statistikası fonunda dollar yen qarşısında daha da bahalaşıb.
Yenin ucuzlaşması ilə bağlı antirekordlar demək olar ki, hər gün yenilənir.
Dollar/yen məzənnəsində 150 yen səviyyəsi psixoloji hədd olaraq qəbul edilir. Yen daha da ucuzlaşarsa, Yaponiya hökumətinin valyuta bazarına müdaxilə edəcəyi ehtimalı bir o qədər artır, bu da öz növbəsində oyunçular arasında qorxu yaradır.
20-30 il əvvəlki vəziyyətdən fərqli olaraq, yenin aşağı məzənnəsi xaricdə Yaponiya istehsalı olan malların cəlbediciliyini artırmır. İndi şirkətlərin yalnız 5%-i ucuz yenin onlar üçün sərfəli olduğunu cavablandırıb. 50%-dən çox şirkət yenin ucuzlaşması səbəbindən itkilərə məruz qalır.
Yaponiyanın milli valyutasının sürətlə ucuzlaşmasının davam etməsinin əsas səbəbi Amerika və Yaponiya mərkəzi banklarının pul siyasətinə yanaşmasında böyük fərqdir - ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini artırmağa davam edir, Yaponiya Mərkəzi Bankı isə onu mənfi səviyyədə saxlayır.
Sentyabrın sonunda Dollar/Yen məzənnəsi 145,9 səviyyəsinə çatan zaman Yaponiya Mərkəzi Bankı hökumət ilə birlikdə valyuta bazarına müdaxilə edib. Sentyabrın 22-də təxminən 19,6 milyard dollarlıq müdaxilədən (satışdan) sonra məzənnə bir dollar üçün 140 yenə geriləmiş, lakin bir neçə gündən sonra yenidən əvvəlki vəziyyətinə qayıtmışdı. / marja.az
OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü
Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro
Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric
Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb
2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric
Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib
2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur