Yaponiyada inflyasiya mərkəzi bankın hədəf səviyyəsini keçib
Yaponiyada baza inflyasiya avqust ayında da Yaponiya Mərkəzi Bankının 2%-lik inflyasiya hədəfini aşaraq, 2,8% təşkil edib. Bu, son yeddi ilin ən yüksək səviyyəsidir.
Marja xəbər verir ki, bunu ölkənin İnzibati İşlər və Rabitə Nazirliyinin çərşənbə axşamı açıqladığı statistika göstərir.
Ölkədə bahalaşmanı əks etdirən əsas göstərici (baza inflyasiya) yanacağın qiymətini əhatə edir, lakin tez xarab olan məhsulların qiymətləri çox güclü dalğalanmalara məruz qaldığından onları nəzərə almır. Yaponiya Mərkəzi Bankı inflyasiya hədəfini məhz bu indeks üzrə müəyyən edir. Tez xarab olan məhsulları da nəzərə alan inflyasiya 3% təşkil edib.
Bahalaşmaya sas səbəblər kimi enerji resurslarının, ərzaq məhsullarının bahalaşması, həmçinin Yaponiya milli valyutasının zəifləməsi göstərilir.
Aprel ayından etibarən qiymət artım tempində sürətlənmə müşahidə olunur. Belə ki, tez xarab olan mallar nəzərə alınmadan baza inflyasiya aprel ayında ilk dəfə olaraq 2%-i keçərək 2,1% təşkil edib. Eyni göstərici may ayında da qeydə alınıb, ondan sonra inflyasiya iyunda 2,2%-ə, iyulda isə 2,4%-ə yüksəlib.
Ardıcıl beş ay ərzində inflyasiya hədəfini aşmasına, həddindən artıq yumşaq pul siyasətinin yenin zəifləməsinə və qiymətlərin artmasına töhfə verdiyinə görə Yaponiya Mərkəzi Bankının tənqid edilməsinə baxmayaraq, tənzimləyici kursundan əl çəkmək planlarını açıqlamayıb. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Onlayn biznes növləri
Marketinq nə demədir?
Dünyanın ən varlı 10 adamı
"iPhone 15" modelinin üstünlükləri
Dizaynerlər üçün TOP-5 Freelance sayt