"YAŞAT" Fonduna 74 milyon manat toplanıb, 63 milyon manatı xərclənib
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna ("YAŞAT" Fondu) daxil olan vəsaitin məbləği açıqlanıb.
"Marja" xəbər verir ki, indiyədək fondda 74 147 333,6 manat toplanıb.
Həmin vəsaitdən 23 492 742,53 manatı fiziki şəxslər, 50 654 591,07 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.
Fonda daxil olan vəsaitin 63 113 952,8 manatı xərclənib.
Vəsaitin hazırki qalığı isə 11 033 380,8 manatdır.
İndiyədək qazi və şəhid ailələrinin 6,5 milyon manatlıq borcları ödənilib
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna ("YAŞAT" Fondu) toplanan vəsait hesabına indiyədək qazi və şəhid ailələrinin 6,5 milyon manatlıq borcları ödənilib.
Vəsaitlər ödənişlərin xərc istiqamətləri üzrə bölgüsü və ödənişlərin xərc istiqamətlərinin alt növləri üzrə bölgüsünə uyğun olaraq sərf edilib.
Belə ki, fonda toplanan vəsaitdən öhdəliyə götürülmüş şəxslərin məişət şəraitinin yaxşılaşdırılması üçün 37 568 200,00 manat xərclənib.
Tibbi xərclərin ödənilməsi üçün 18 738 906,08 manat, borc öhdəliklərinin qarşılanması üçün 6 594 437,06 manat, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı üçün isə 814 884,39 manat sərf olunub.
Evin təmiri üçün 20 516 700,00, müalicə xərcinin qarşılanması üçün 17 243 935,21, bank borcları üçün 6 267 199,10, qeyri-bank borcları üçün 327 297,96, təhsil haqqının ödənilməsi üçün 559 598,78 manat və digər məsələlərlə bağlı müxtəlif məbləğlərdə vəsaitlər sərf olunub.

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
İnstaqramda biznes qurmağın yolları
Biznes plan necə yazılır?
ZARA-nın uğur hekayəsi
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Bitcoin necə işləyir?