"Yaşıl Maliyyə Taksonomiyasının hazırlanmasına başlamışıq"

"Məlum olduğu kimi iqlim dəyişiklikləri dünya iqtisadiyyatı, o cümlədən Azərbaycan iqtisadiyyatının dayanıqlığına təsir göstərən mühüm çağırışlardan hesab olunur. Bu çağırışların aradan qaldırılması ümumiyyətlə, yaşıl iqtisadiyyata keçid mühüm prioritetlərdən biridir. Bu keçid ölkə iqtisadiyyatının uzunmüddətli dövrdə dayanıqlı inkişafı baxımından qaçılmazdır".   
Marja xəbər verir ki, bunu 18 oktyabr 2024-cü il tarixində keçirilən "YAŞIL MALİYYƏ VƏ DAYANIQLI İNKİŞAF FORUMU"-da çıxışı zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
O qeyd edib ki, yaşıl iqtisadiyyatın inkişafı üçün ən mühüm şərtlərdən biri yaşıl maliyyənin mövcudluğudur:
"Bu istiqamətdə bir sıra işlər görülməlidir:
1) cəmiyyətin yaşıl maliyyə barədə məlumatlılığı artırılmalı,
2) maraqlı tərəflər arasında dialoq qurulmalı və
3) yaşıl maliyyənin genişləndirilməsi üçün müxtəlif innovativ həllər tətbiq olunmalıdır.   
Qeyd etdiyim tədbirlər Mərkəzi Bankın strateji gündəliyinin nüvəsini təşkil edir. Əlavə olaraq Mərkəzi Bank tərəfindən yaşıl maliyyə üzrə tənzimləyici çərçivə də təkmilləşdirilir. Əsas hədəfimiz maliyyə institutlarının portfellərinin dayanıqlılıq məqsədlərinə uyğunlaşdırılması və  bu sahədə mümkün alət və təlimatlara malik olmasını təmin etməkdir".
Taleh Kazımov strateji çərçivədə həyata keçirdikləri bir sıra mühüm təşəbbüsləri vurğulayıb:
"2023-2026-cı illər üzrə  Dayanıqlı Maliyyə Yol Xəritəsi hazırlanmışdır ki, bu da dayanıqlı iqtisadi inkişafda maliyyə sektorunun rolunun gücləndirilməsi məqsədini daşıyır.
Yol Xəritəsi çərçivəsində mühüm təşəbbüslərdən biri olan Yaşıl Maliyyə Taksonomiyasının hazırlanmasına başlamışıq.
Mərkəzi Bank tərəfindən dövlət qurumları, sənaye assosiasiyaları, maliyyə institutları, investorlar, beynəlxalq təşkilatlar ilə birlikdə taksonomiyanın ilkin versiyasi üzrə məsləhətləşmələr keçirilmişdir.
Növbəti mərhələdə taksonomiyanın yekun layihəsinin təsdiq olunması üçün hökumətə təqdim edilməsi nəzərdə tutulur.
Yaşıl istiqrazlar sahəsində qabaqcıl beynəlxalq təcrübəni hərtərəfli nəzərdən keçirərək qlobal səviyyədə tanınmış standart və prinsiplərə uyğunluğu təmin edən hüquqi baza hazırlanmışdır. Artıq layihə  hökumətə təqdim olunub.
İqlimlə bağlı risklərin idarə edilməsi üzrə təlimatlar hazırlanmışdır. Bu təlimatlar ekoloji, sosial və idarəetmə amillərinin bank tərəfindən hazırlanmış strategiyalara inteqrasiyasını dəstəkləyir".
Mərkəzi Bankın sədri qeyd edib ki, ölkədə fəaliyyət göstərən maliyyə institutlarının potensialının gücləndirilməsi məqsədilə qlobal maliyyə təşkilatları (Dünya Bankı, BMK, AYİB, EY və s.) ilə əməkdaşlıq çərçivəsində bir sıra seminarlar, sessiyalar və təlimlər təşkil edilmişdir.
"Bildiyiniz kimi, bank sektoru iqtisadi inkişafın mühüm hərəkətverici qüvvəsi kimi iqlim maliyyəsinin inkişafında mühüm rola malikdir. Hazırda bank sektoru Mərkəzi Bankla sıx əməkdaşlıq çərçivəsində dayanıqlı maliyyə prinsiplərinin tətbiqini həyata keçirir.
Qürur hissi ilə qeyd etmək istəyirəm ki, bank sektoru COP29 çərçivəsində keçiriləcək Maliyyə günündə maliyyə öhdəliklərini öz üzərinə götürməyi planlaşdırır. Bu, sektorun iqlim dəyişikliklərinə qarşı mübarizədə iqtisadiyyat üçün zəruri resurs ayırdığını nümayiş etdirir".
Taleh Kazımov əlavə edib ki, sığorta sektoru da dayanıqlılıq təşəbbüslərinin həyata keçirilməsində aktiv iştirak edir: "Bu çərçivədə bərpa olunan enerji sığortası, İqlim riskinin sığortası, eko-avto sığortası və kənd təsərrüfatı sığortası kimi seqmentlərin inkişafı diqqətdə saxlanılır. Əminəm ki, bütün bu təşəbbüslər ölkədə yaşıl maliyyələşmə imkanlarının genişlənməsinə imkan verəcəkdir". / marja.az

Banklar     Tarix: 18 oktyabr 2024

Oxşar xəbərlər

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır


iqtisadi xeberler bitcoin biznes qurmaq biznes xeberleri 1000 manatla biznes