"Yaxşı olardı ki, gəlir vergisi üçün güzəşt müddətinin uzadılmasına baxılsın
"2026-cı ilin yanvarın 1-də fiziki şəxslərin gəlir vergisi üçün müəyyənləşmiş güzəşt müddəti başa çatır. Bu, kifayət qədər fundamental dəstək idi".
Bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Millət vəkili qeyd edib ki, qərar xüsusilə özəl sektorun inkişafına və o cümlədən məşğulluğun leqallaşdırılmasına şərait yaratdı: "Bu, özünü əmək müqavilələrinin sayında göstərdi. Təklif edərdim ki, növbəti dövrdə fiziki şəxslərin gəlir vergisi ilə bağlı elə mexanizmlər nəzərə alınsın ki, bu yenidən kölgə iqtisadiyyatına qayıdışı stimullaşdırmasın.
Güzəşt müddəti başa çatırsa, yeni vergi dərəcələri müəyyənləşdirilirsə, o zaman daha aşağı vergi dərəcələrinin tətbiq edilməsi və mərhələli şəkildə artırılması həyata keçirilsin. Aşağı vergi dərəcəsinin müəyyənləşdirilməsi özəl sektor üçün əlavə yük yaratmaya bilər.
Yaxşı olardı ki, güzəşt müddətinin uzadılmasına baxılsın. Güzəştləri saxlamaq mümkün olmadığı halda daha aşağı vergi dərəcələrinin tətbiqi məqsədəuyğun olardı. Bu, özəl sektorun dəstəklənməsi və bu sahədə gizli iqtisadiyyatın ağardılması baxımından çox vacibdir".
Qeyd edək ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən 2019-cu ildə aylıq əməkhaqqı 8 000 manatadək olan vətəndaşların gəlir vergisi 7 illik ləğv olunmuşdu.
© "Qafqazinfo" / marja.az

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
SMM nə deməkdir?
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Biznesə aid ən yaxşı 10 kitab
Whatsapp biznesin üstünlükləri nələrdir?