Yelo Bank artıq Masallıda

Yelo Bank artıq Masallıda®Yelo Bank xidmət şəbəkəsini artırmaqla əhatə dairəsini genişləndirməyə davam edir. Bu dəfə Bank Masallıda rəqəmsal konseptli yeni filialını yerli sakinlərə təqdim etdi. Bankın digər filialları kimi "Parlaq Bankçılıq" şüarına uyğunlaşdırılmış Masallı filialı da yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri imkanlara malikdir.
Rəqəmsal filialın ənənəvi analoqlarından əsas üstünlüyü ondadır ki, burada bank əməliyyatları xəzinə olmadan aparatlar vasitəsilə aparılır. Müştərilər nağd pul, biznes kreditləri, Yelo debet kart və digər məhsulların sifarişi ilə bərabər, fasiləsiz rejimdə hesablara mədaxil, kartdan vəsaitin nağdlaşdırılması, müxtəlif ödənişlər edə bilirlər. Yeni filial Masallı şəhəri, Heydər Əliyev prospekti 220 ünvanında yerləşir.
Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov yeni filial ilə bağlı fikirlərini bildirərək qeyd etdi ki, "Yelo-nun əsas missiyası Azərbaycanın hər bir guşəsinə parlaq bankçılıq təcrübəsini gətirməkdir. Biz Masallıdakı potensial sahibkarlığı dəstəkləmək məqsədilə onların ehtiyacına uyğunlaşdırılmış sürətli və səmərəli bank həlləri hazırlamışıq. Bu yeni filialımızla regionun böyüməsini dəstəkləmək, potensial biznes imkanlarını gücləndirmək və gündəlik bankçılığı hər kəs üçün daha sadə və əlçatan etməyi hədəfləmişik. Filialın rəqəmsal konseptli olmasının nağdsız ödənişlərin inkişafına təkan verəcəyinə də inanıram".
Xatırladaq ki, bu il Yelo Bank Xaçmaz və Tovuz filiallarını da istifadəyə verib. Hazırda Yelo Bank-ın 19 filialı və bir özünəxidmət mərkəzi fəaliyyət göstərir. Bank ölkənin digər bölgələrində xidmət şəbəkəsini eyni konseptdə genişləndirməyə davam edəcək.
Aqro kredit ilə bağlı əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Yelo Bank artıq MasallıdaYelo Bank artıq MasallıdaYelo Bank artıq MasallıdaYelo Bank artıq Masallıda/ banker.az

Banklar     Tarix: 30 noyabr 2023

Oxşar xəbərlər

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas


iqtisadi xeberler biznes krediti bitkoin almaq dollarin kursu bu gun kripto