Yelo Bank-ın "Yelaw Boot Camp" proqramının iştirakçıları seçildi
®Yelo Bank gənclərin karyera hazırlığını dəstəkləməyə davam edir. Bir neçə ay öncə seçim turu başlamış "Yelaw Boot Camp" proqramının iştirakçıları artıq bəlli oldu. Proqramın əsas məqsədi bank fəaliyyətinin hüquqi tənzimlənməsi üzrə kadr hazırlığını həyata keçirməkdir.
Proqramın açılış tədbirində bütün iştirakçılar Yelo Bank-ın baş ofisi ilə tanış oldular. Daha sonra Bankın əməkdaşları Yelo dəyərləri, brend kimliyi, məhsul və xidmətləri haqqında ətraflı məlumat verdilər. İştirakçıların bir-birini yaxından tanıması məqsədilə ilk komanda quruculuğu oyunu təşkil edildi. Beş həftəlik proqram boyunca iştirakçılara korporativ hüquq üzrə təkcə nəzəri deyil, həm də praktiki biliklər real iş mühitində aşılanacaq. Proqramı uğurla başa vuracaq iştirakçıları Yelo Bank-da karyera fürsəti gözləyir. Bu təşəbbüs təcrübəsiz, lakin perspektivli istedadların yetişdirilməsinə üstünlük verən və onların peşəkar inkişafını dəstəkləyən Yelo Bank-ın Korporativ Sosial Məsuliyyət strategiyası ilə mükəmməl uyğunlaşır.
Bankın bu və digər karyera fürsətləri barədə ətraflı məlumatı yelo.az saytında, həmçinin Yelo Bank-ın rəsmi sosial media hesablarından əldə edə bilərsiniz.
Online pul krediti ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!



/ banker.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Green Card nədir və onu necə əldə etmək olar?
CV hazırlayarkən buraxılan 5 səhv
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
"Freelance" nədir?
IBAN nədir?