Yelo Bank inklüziv məşğulluğu dəstəkləyir
®Yelo Bank inklüziv iş mühitinin formalaşdırılmasını dəstəkləməyə və hər kəs üçün bərabər karyera imkanları yaratmağa davam edir. Bu istiqamətdə növbəti addım olaraq Bankın işəqəbul komandası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və "Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi" İctimai Birliyinin təşkil etdiyi əmək yarmarkasında iştirak edib. Tədbir çərçivəsində namizədlərlə birbaşa görüşlər keçirərək bankda mövcud karyera imkanları və aktiv vakansiyalar barədə geniş məlumat verildi.
Yelo Bank əlilliyi olan şəxslərin peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləməyə xüsusi önəm verir. Bu səbəbdən, inklüziv və əlçatan iş mühiti yaratmaq istiqamətində fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Yelo Bank ölkəmizdə keçirilən əmək yarmarkalarında fəal iştirakını artıq bir ənənəyə çevirib. Bankda təcrübəsi olmayan gənclər üçün bir sıra karyera inkişafı layihələri təşkil olunur. Bu layihələr həm maarifləndirici, həm də real iş təcrübəsi qazandırmaqla yanaşı, seçilən iştirakçılara Bankda işə düzəlmək şansı da yaradır. Layihələr haqqında xəbərdar olmaq üçün Bankın rəsmi veb-saytını, həmçinin, "Yelo Team" sosial media hesablarını izləyə bilərsiniz. Aktiv vakansiyalarla tanış olmaq üçün: Bank xidmətləri, eləcə də tecili kredit haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!


/ banker.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Bitcoin nədir?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
İlon Mask kimdir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?