Yelo Bank ötən ili rekord maliyyə nəticələri ilə başa vurdu

Yelo Bank ötən ili rekord maliyyə nəticələri ilə başa vurdu®Yelo Bank 2024-cü ilin son rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Bankın əsas maliyyə göstəricilərində əhəmiyyətli artım müşahidə olunur. Xüsusilə xalis mənfəət üzrə rekord artım qeydə alınıb. Belə ki, Yelo Bank-ın 2024-cü ilin sonuna xalis mənfəəti 43 milyon manatı ötüb, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artım deməkdir. Digər maliyyə nəticələrinə gəldikdə isə:
– Bankın kredit portfeli böyüyüb: 2023-cü ilin sonu ilə müqayisədə 22% artımla 935 mln manata çatıb.
– Artımın mühüm hissəsini biznes kreditləri təşkil edib: biznes kredit portfeli 21,5% artımla 587 mln manat olub.
– Real sektor hər zaman prioritetlər arasında olub: il ərzində mikro bizneslərə Bank tərəfindən 364 mln manat vəsait ayrılıb. İlin sonuna mikrokredit portfelinin həcmi 347 mln manat təşkil edib, bu da 2023-cü ilin analoji dövründən 24.6% çoxdur.
– İstehlak kreditləri portfeli də əhəmiyyətli dərəcədə artıb: il ərzində 32 mindən çox istehlak krediti verilib, nəticədə bu istiqamət üzrə portfelin həcmi 23.5%-lik artımla 347 mln manata çatıb. Bu satışların 38%-i, eləcə də portfel artımının 50%-i onlayn kanallar vasitəsilə həyata keçirilib.
– Bank-ın əmanət təklifləri cəlbedici olmağa davam edib: fiziki şəxslərin müddətli depozitlərinin həcmi il ərzində 37% artaraq 652 mln manata yaxınlaşıb. Bu artım bankın müştərilər arasında etibarlı maliyyə tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirdiyini göstərir.
– Faiz və qeyri-faiz gəlirləri də artıb: il ərzində Bankın faiz gəlirləri 34% artaraq 151 mln manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 32 mln manata çatıb.
– Bankın kapital mövqeyi xeyli güclənib: hesabat dövründə məcmu kapital 148,7 mln manat təşkil edir, bu da əvvəlki ilin eyni dövründən 36% çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 13,15%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 7,05% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir. 2024-cü ilin sonuna Bankın aktivləri 1,280 mln manat təşkil edir.
Yelo Bank 2025-ci ildə də dinamik inkişafını davam etdirməyi planlaşdırır. Bank yeni filialların açılması, rəqəmsal xidmətlərin genişləndirilməsi və mövcud xidmətlərin müasirləşdirilməsi üzrə bir sıra layihələr həyata keçirəcək. Bu yeniliklərdə isə ESG yanaşması, dayanıqlılıq prinsipləri, müştərimərkəzli addımlar üstünlük təşkil edəcək. Xüsusilə bölgələrdə xidmət şəbəkəsini böyütməyi hədəfləyən Yelo Bank maliyyə inklüzivliyinə və sosial-iqtisafi inkişafa töhfə verməyə davam edəcək.
Bank xidmətləri, eləcə də onlayn kredit haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq! / banker.az

Banklar     Tarix: 16 yanvar 2025

Oxşar xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri


iqtisadi xeberler investisiya bu gunun xeberleri 1000 manatla biznes birbank