"Yelo Bank"ın əmanət və kredit portfelləri yarım milyard manatı keçib

"Yelo Bank" ASC 2022-ci ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqladı. Bank bütün parametrləri üzrə müsbət tendensiyanı davam etdirir. Hesabata görə "Yelo Bank" cari ilin ilk 6 ayı üzrə 2.4 milyon manata yaxın xalis mənfəət əldə edib.
Bankın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 216 milyon, yəni 40% artaraq 750 milyon manatı ötüb.
Hesabat dövrü üzrə Bankın xalis faiz gəlirləri 2021-ci ilin analoji dövrü ilə müqayisədə 18% artaraq 25 milyon manatdan çox olub. Qeyri-faiz gəlirləri isə ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 dəfə artıb.
Bankın əmanət portfelində də nəzərə çarpan artım var. Portfel son 6 ayda 156 milyon manat artaraq 509 milyon manata çatıb. Cəlb olunan depozitlərin arasında yeni müştərilərin də sayının sürətlə artması Bank-ın həm şərtlər, həm də xidmət keyfiyyəti baxımından cəlbedici olduğunu göstərir.
İlin əvvəlindən "Yelo Bank"ın kredit portfeli 91 milyon artaraq 537 milyon manata çatıb. Qeyd etmək lazımdır ki, verilən kreditlərin əsas hissəsi "Yelo Bank"ın prioritet istiqamətlərdən olan real sektorun maliyyələşməsinə yönəldilib. 2022-ci ildə artıq 9 mindən çox müştəriyə 185 milyon manat biznes krediti verilib və nəticədə biznes portfel 28% artaraq 331 milyon manat olub. Eyni müddət ərzində 11 mindən çox müştəriyə 85 milyon manat istehlak krediti verilib və nəticədə bu istiqamət üzrə kredit portfeli 134 milyon manata çatıb. Bu satışın demək olar ki, 30%-i onlayn kanallar vasitəsilə həyata keçirilib.
Hesabat dövrünə Bankın məcmu kapitalı 91 milyon manatı ötüb. Bu da requlyativ tələbdən 41 milyon manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 15.45%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 9.52% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir.
"Yelo Bank"ın İdarə Heyətinin sədri Anar Həsənov 2-ci rübün maliyyə nəticələrini belə şərh edib: "Əmanət və kredit portfellərində yüksək artım dinamikası həyata keçirilən inkişaf strategiyamızın əsas göstəricilərindəndir. Bankımız maliyyə tərəfdaşı kimi real sektoru fəal şəkildə dəstəkləməyə və ümumilikdə Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfəsini verməyə davam edəcək. İlin yarısını müsbət nəticələrlə geridə qoyduq. İlk 2 rüb ərzində bir neçə yeni rəqəmsal filial istifadəyə verdik, həmçinin innovativ və müştərilərin gündəlik həyatını rahatlaşdıracaq bankçılıq həlləri təqdim etdik. 2022-ci ilin sonunadək bu yenilikləri davam etdirərək daha böyük uğurlar əldə edəcəyimizə əminəm".
Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
"Yelo Bank" – Parlaq bankçılıq!

Maliyyə     Tarix: 25 iyul 2022

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə


iqtisadi xeberler emlak xeberleri bitkoin qiymeti internetden pul qazanmaq investisiya