Yen dollar qarşısında son 32 ilin ən aşağı səviyyəsinə düşüb
Bazar ertəsi Yapon yeni ABŞ dolları qarşısında 32 ilin minimumunu yeniləyib.
Marja xəbər verir ki, Dollar/Yen məzənnəsi 148,89 yeni görüb.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Dollar/Yapon yeni məzənnəsi sonuncu dəfə bu səviyyələri 1990-cı ilin yayında görmüşdü.
Yenin rekord zəifləməsi Yaponiya Mərkəzi Bankının faizini mənfi səviyyədə saxlaması ilə əlaqədardır. İnflyasiyanın qarşısını almaq üçün Qərb ölkələrinin mərkəzi bankları faizlərini artırıblar, Yaponiya Mərkəzi Bankı isə bazarı stimullaşdırmaq üçün faizini mənfi səviyyədə saxlayır. Faiz dərəcələrindəki uçurum fonunda Yenin ucuzlaşamsı davam edir.
Yumşaq pul siyasətinin yeninin zəifləməsinə və qiymətlərin artmasına səbəb olması ilə bağlı tənqidlərə baxmayaraq, Yaponiya Mərkəzi Bankının rəhbəri Haruhiko Kuroda tənzimləyicinin heç bir tədbir görmək niyyətində olmadığını dəfələrlə bəyan edib. Sentyabrın sonunda növbəti dəfə faiz dərəcəsi mənfi 0,1% səviyyəsində saxlanmasına qərar verilib.
Sentyabrın sonunda Yaponiya hakimiyyəti 1998-ci ildən bəri ilk dəfə olaraq milli valyutanın məzənnəsini sabitləşdirmək üçün valyuta intervensiyaları (dollar satıb yen alıb) həyata keçirib ki, bu da yenin qısamüddətli möhkəmlənməsinə səbəb olub (Bir dollar 145 yen səviyyəsindən 140 yen səviyyəsinə düşmüşdü). Lakin sonra zəifləmə yenidən sürətlənib. / marja.az

Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib
"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"
BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək
ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı
"MJ Finance" BOKT böyüyüb - aktivləri 50%-ə yaxın artıb
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
Bankın müştərilərinin şəxsi məlumatları oğurlanıb
Azərbaycan şirkətləri 3 ildə Gürcüstana – 450 MİLYON DOLLAR YATIRIB
Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır
İnvestisiyanın necə cəlb etmək olar?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Elon Musk kimdir?
Proqramçılar üçün TOP-5 Freelance sayt