Yeni liberal iqtisadiyyat modeli – Makroiqtisadi sabitlik təmin edilir

Yeni liberal iqtisadiyyat modeli – Makroiqtisadi sabitlik təmin edilirAkif Şahbazov
Azərbaycanda sahibkarlığa dəstək və biznes mühitinin yaxşılaşdırılması üçün mühüm işlər görülüb. Bu sahədə aparılan islahatlar ölkə iqtisadiyyatına töhfə verməklə yanaşı eyni zamanda özəl sektorun inkişafına zəmin yaradıb. Aparılan islahatların nəticəsində qeyri-neft sektoru az bir zamanda geniş inkişaf edib. Ölkədə yaradılmış əlverişli iqtisadi şərait, xüsusən də "bir pəncərə" sistemi ilə dövlət qeydiyyatına alınmanın tədbiqi sahibkarlığın inkişafına geniş imkanlar açıb.
Bunu KONKRET.az-a açıqlamasında iqtisadçı ekspert Akif Şahbazov deyib. O, həmçinin liberal iqtisadiyyatın şərtlərinə toxunub. Bildirib ki, liberal iqtisadiyyat elə bir təsərrüfat sistemidir ki, orada xüsusi mülkiyyət payının çox olması, yəni büdcənin formalaşmasının çox hissəsini özəl sektorun payına düşməsi dövlət tərəfindən tənzimlənmənin, iqtisadiyyata müdaxilənin minimuma endirilməsini nəzərdə tutan iqtisadi bir modeldir: "Dünyada inkişaf etmiş ölkələrin iqtisadiyyatı göstərdi ki, ən mükəmməl iqdisadiyyat öz-özünü tənzimləyən iqtisadiyyatdır, yəni liberal iqtisadiyyatdır.
Ümumi daxili məhsulun 1995-2002-ci illər arası 3 dəfə artmasında özəl sektorun rolu kifayət qədər yüksəkdir. Bu  göstərici sahibkarlığın dövlət tərəfindən geniş şəkildə dəstəklənməsinin nəticəsidir. Bir neçə il əvvəl neftin qiymətinin aşağı düşməsindən sonra özəl sektorun, sahibkarlığın inkişafına dövlət tərəfindən daha çox önəm verilməyə başladı.
Prezident İlham Əliyev tərəfindən bir neçə istiqamətdə vacib olan dövlət proqramları qəbul edildi, bir çox fərmanlar imzalandı. Burada Vergi Məcəlləsinə dəyişiklikləri, özəl sektorda yoxlamaların ləğv olunmasını xüsusi vurğulamalıyıq. Özəlləşmiş torpaqlardan səmərəli istifadənin təmin edilməsi, kiçik və orta sahibkarlara sahibkarlıq fondundan güzəştli kreditlərin verilməsi və bunun nəticəsində rəqabət mühitinin yaradılmasını xüsusi qeyd etməliyik.
Rəqabət mühiti liberal iqtisadiyyatın əsas şərtidir. Ümumiyyətlə, iqtisadiyyatın iki əsas sütunu var. Bunlardan biri istehsal, digəri isə istehlakdır. Məlum məsələdir ki, 10 milyonluq əhali istehlakçıdır, yəni tələbatlarının ödənilməsi üçün məhsullara ehtiyacı var. Bu məhsullarda ya istehsal olunmalı, ya da idxal edilməlidir. Valyutanın xaricə axının qarşısını almaq, iqtisadiyyatı inkişaf etdirmək üçün istehsal idxalı dəfələrlə üstələməli, keyfiyyətli məhsulların ixracı artırılmalıdır ki, bunun da sayəsində iqtisadiyyat inkişaf etsin.
Burada kənd təsərrüfatının inkişafına, yəni kənd təsərrüfatı məhsullarının ixracına xüsusi önəm verilməlidir. Kənd təsərrüfatı mallarının keyfiyyətli olması, insanlarımızın işgüzarlığı buna əsas verir. Bu gün dünya bazarında hegemonluq edən Çin iqtisadiyyatının təcrübəsindən yararlanmaq fayda verə bilər. Məhz son 20 ildə insanların rifahının 20 dəfə artması Çin iqtisadiyyatının yüksələn xətlə inkişafının nəticəsidir. Buna sərbəst iqtisadiyyata yaxınlaşmaqla, yəni liberal iqtisadiyyat modeli vasitəsi ilə nail olublar. Liberal iqtisadiyyata müdaxiləsiz sərbəst fəaliyyət və vergi yükünün azaldılması sayəsində makroiqtisadi sabitliyi təmin etmək olar. İqtisadi inkişafın əsası ölkədə əlverişli sahibkarlıq mühitinin formalaşdırılması, eyni zamanda xarici sərmayədarlara  şəffaf mühitin yaradılmasıdır.
Bu yöndə Azərbaycan hökumətinin biznes mühiti ilə bağlı həyata keçirdiyi ardıcıl tədbirlər öz bəhrəsini verməkdədir. Sahibkarlığın inkişafı üçün qəbul edilən hüquqi-normativ aktlar və biznes mühitinin yaxşılaşdırılması sayəsində Azərbaycanda 250 minə yaxın kiçik və orta sahibkarlıq fəaliyyət göstərir.
İqtisadiyyatın inkişaf etdirilməsi üçün hazırda dövlət proqramına uyğun olaraq müəyyən işlər görülür. Aqrar sahədə geniş islahatlar aparılıb və indi aqrar sektor Azərbaycan iqtisadiyyatının aparıcı qüvvəsi hesab olunur. Əkinçilik və heyvandarlıq sahələrindəki artım yüksələn xətlə inkişaf edir.
Eyni zamanda digər istehsal sahələrinin, loqistik mərkəzlərin yaradılması ölkə iqtisadiyyatının tərəqqisində önəmli rol oynayır. Sahibkarlığın inkişafının zəruri hüquqi mühitinin formalaşdırılması istiqamətində qəbul edilmiş qanunlar və digər qanunvericilik aktları sahibkarlığın bir sistem halında hüquqi bazasını təşkil edir.
Sahibkarlığın inkişafı sahəsində qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu olub, kiçik və orta sahibkarlığın inkişafı üzrə dövlət tədbirlərini Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevirib. Bu dövlət proqramları çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirilib.
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı istiqamətində strateji xətt uğurla davam etdirilir. Deməli, əlverişli şəraitin yaradılmasıyla yanaşı Azərbaycanda sahibkarlığın hüquqi bazası dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirilib"
Vəli Həsənov,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusuna uyğun olaraq dərc edilir.
Yeni liberal iqtisadiyyat modeli – Makroiqtisadi sabitlik təmin edilir

Xəbərlər     Tarix: 31 avqust 2023

Oxşar xəbərlər

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu


iqtisadi xeberler 1000 manatla biznes birbank online pul qazanmaq rubl mezenne