Azərbaycanda istehlak edilmiş təbii qazın 40%-dən çoxu əhaliyə satılıb

Azərbaycanda istehlak edilmiş təbii qazın 40%-dən çoxu əhaliyə satılıbCari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2024-cü ilin yanvar-iyun  aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 21870,9 milyon kub metr təşkil etmişdir. Təbii qaz üzrə ehtiyatların  27,5 faizi ölkə daxilində istehlak edilmiş, 59,8 faizi ixrac olunmuş, 2,5 faizi itkiyə getmiş, 10,2 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.
Banker.az DSK-ya istinadən xəbər verir ki, ölkə daxilində istehlak edilmiş təbii qazın 59,8 faizi istehsal ehtiyaclarına sərf edilmiş, 40,2 faizi isə əhaliyə satılıb.
2024-cü ilin yanvar-iyun aylarında 13079,6 milyon kub metr və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,8 faiz çox təbii qaz ixrac edilib.
Əhali tərəfindən 2420,4 milyon kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz az təbii qaz istehlak edilmiş, onun 37,9 faizi Bakı şəhərinin,  3,1 faizi Naxçıvan Muxtar Respublikasının, 11,7 faizi Abşeron-Xızı, 6,0 faizi Gəncə-Daşkəsən, hər biri 5,7 faiz olmaqla Lənkəran-Astara və Mərkəzi Aran, 5,5 faizi Qazax-Tovuz, 5,0 faizi Şəki-Zaqatala, 4,9 faizi Quba-Xaçmaz, 4,6 faizi Qarabağ, 3,8 faizi Mil-Muğan, 3,6 faizi  Şirvan-Salyan, 2,5 faizi isə Dağlıq Şirvan  iqtisadi rayonlarının payına düşüb.

Xəbərlər     Tarix: 07 avqust 2024

Oxşar xəbərlər

Almaniyanın maliyyə naziri: "Aİ lazım gələrsə öz bazarını qoruyacaq"

Almaniyanın maliyyə naziri Lars Klinqbeyl Pekinə səfəri zamanı Çindəki həddindən artıq potensial problemini müzakirə edib və həll yolu tapılmasa, Avropa Birliyinin hərəkətə keçəcəyini vurğulayıb. "Mən açıq şəkildə bildirdi

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Telegram-ın yaradıcısı Rusiyada terrorçu elan edildi

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Telegram platformasının qurucusu Pavel Durovu terrorçuların axtarış siyahısına daxil edib. xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. Qurumun iddiasın

Azərbaycan xaricdən ət alışını azaldıb

Azərbaycana 90 milyon 140 min ABŞ dolları dəyərində 38 min 55 ton ət idxal olunub. xəbər verir ki, göstərici bu ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinin məlumatına istinadən verilən məlumata görə

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Fransa Aİ ticarət sazişini qəbul etmir

Fransa hökuməti, Avropa İttifaqı ilə Cənubi Amerika ticarət bloku Mercosur arasında müzakirə edilən ticarət sazişinin hazırkı forması ilə qəbuledilməz olduğunu açıqlayıb. xəbər verir ki, hökumət sözçüsü Maud Brejon çərşənb

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Yeni layihə - Sərnişinlər hansı istiqamətə hansı müddətdə çatacaqlarını təyin edəcəklər

Bakı metrosunun yeni mobil əlavəsinin yaradılması üzərində iş aparılır. xəbər verir ki, bu barədə məlumat verən "Bakı Metropoliteni" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərin

Tələbələrin kirayə dərdi: Mənzillər bahalaşır!

Yeni tədris ilinin başlamasına az vaxt qaldıqca, tələbələrin kirayə mənzil axtarışı da sürətlənib. Artıq indidən münasib qiymətə ev tapmaq istəyənlərin sayı artsa da, bazarda təklifin məhdud olması qiymətləri yüksəldir. Bi


iqtisadi xeberler bank faizleri biznes krediti bitkoin bitkoin almaq