Yeni strateji dövrdə PASHA Bank Georgia korporativ müştərilər üçün əsas seçimlərdən birinə çevrilməyi hədəfləyir

Yeni strateji dövrdə PASHA Bank Georgia korporativ müştərilər üçün əsas seçimlərdən birinə çevrilməyi hədəfləyir2023-cü il PASHA Bank Georgia üçün çox uğurlu il oldu. Yaxın tarixdə ilk dəfə olaraq bank gəlirliliyə nail olub və ili 1,7 milyon lari xalis mənfəətlə başa vurub. Bankın əməliyyat gəlirləri 30% artaraq 2023-cü il üçün 42 milyon lari təşkil edib. Bu nəticə, ili 336 milyon lari portfel ilə başa vuran korporativ və kommersiya biznesinin səyləri nəticəsində əldə olunmuşdur. İllik müqayisədə depozit portfeli üzrə artım 16 milyon lari təşkil edib. Bu isə onu göstərir ki, müştərilərimizin PASHA Bank brendinə inamı hər il ehemiyyetli derecede artır.
2024-cü ildə PASHA Bank Georgia yeni üç illik strateji dövrə qədəm qoydu. Gürcüstan bazarında 10 illiyini yenicə qeyd edən bank 2024-2026-cı illər üçün yeni strategiyaya əsasən korporativ biznesini genişləndirməyə diqqət yetirəcək.
PASHA Bank müştərilərinin ehtiyaclarına uyğun yüksək keyfiyyətli xidmət göstərmək və Gürcüstan iqtisadiyyatının inkişafına töhfə verməklə korporativ müştərilər üçün əsas seçimlərdən birinə çevrilməyi hədəfləyir.
Növbəti strateji dövrdə bank pərakəndə biznes sahəsi üzrə dəyişikliklər həyata keçirərək  kütləvi pərakəndə kreditləşməni dayandırmaq və rəqəmsal xidmətlərin göstərilməsini davam etdirmək qərarına gəlib.
Bu məqsədlərə nail olmaq üçün bank hər zaman olduğu kimi insan kapitalına investisiya qoymağa və öz əsas dəyərlərinə sadiq qalmağa davam edəcək. / banker.az

Banklar     Tarix: 26 fevral 2024

Oxşar xəbərlər

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır


iqtisadi xeberler dollar manat kursu telefonla pul qazanmaq en son xeberler emlak xeberleri