Yer altından 2 trilyon ton su çıxarılıb, Yerin fırlanma bucağı dəyişib
Yeni araşdırmaya görə, 1993-2010-cu illərdə suvarma və içmə məqsədi ilə yer altından ümumilikdə 2 trilyon ton su çıxarılıb.
20 il ərzində yeraltı sulardan istifadənin kəskin artması nəticəsində Yer kürəsinin fırlanma bucağı 80 santimetr şərqə doğru əyilib, tədqiqatçılar bildirib.
Coğrafi qütblərdəki əyilməni araşdıran tədqiqatçılar yeraltı suların təsiri olmadan bunun baş verməsini qeyri-mümkün sayırlar.
Seul Milli Universitetinin Yer elmləri üzrə professoru Ki-Weon Seo BBC Türkcəyə açıqlamasında deyib ki, yeraltı sulardan istifadə Yerin fırlanma bucağının dəyişməsində önəmli rol oynayıb.
Onların araşdırmalarına görə, istifadə edilən yeraltı suların çox hissəsi dənizlərə axıdılır. Bu isə o deməkdir ki, böyük su kütləsi insanların müdaxiləsi ilə yerini dəyişir və nəticədə dənizlərdə suyun səviyyəsi artır.
Təxmini hesablamalar göstərir ki, su kütləsinin yerinin dəyişməsi nəticəsində dəniz səviyyəsi 6 millimetr yüksəlib.
Dünyada suyun paylanmasında müşahidə edilən dəyişiklik Yerin ağırlıq mərkəzlərini də tədricən dəyişir.
NASA-nın alimlərindən biri Surendra Adhikari Amerika Geoloji Cəmiyyətinə verdiyi açıqlamasında "dünyanın fırlanma bucağının ildə bir neçə metr dəyişdiyini" bildirsə də, o, yeraltı sulardan istifadənin fəsillərin dəyişməsinə hər hansı risk yaratmadığı qənaətindədir. / banker.az

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Kriptovalyuta nədir və necə alınır?
Dünyanın ən varlı 10 adamı
İKEA şirkətinin tarixi
"Freelance" nədir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?