"Ziraat Bank Azərbaycan"nın xalis mənfəəti kəskin artıb

"Ziraat Bank Azərbaycan" ASC 2022-ci ilin 9 ayını (yanvar - sentyabr)  6 milyon 181 min manat xalis mənfəət ilə başa vurub.
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 2022-ci ilin 9 ayında 2021-ci ilin 9 ayı ilə müqayisədə 2 milyon 282 min manat və ya 58,5 % artıb. Bank ötən ilin eyni dövründə 3 milyon 899 min manat xalis mənfəət əldə etmişdi. Xalis mənfəətin artması Bankın gəlirlərinin artmasından qaynaqlanır.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında "Ziraat Bank Azərbaycan"ın faiz gəlirləri 4 milyon 632 min manat və ya 29,6% artaraq 20 milyon 253 min manat, qeyri-faiz gəlirləri isə 4 milyon 260 min manat və ya 84,4 % artaraq 9 milyon 308 min manat təşkil edib. 
2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında "Ziraat Bank Azərbaycan"ın faiz xərcləri 481 min manat azalaraq 5 milyon 58 min manat, qeyri-faiz xərcləri isə 2 milyon 270 min manat artaraq 11 milyon  870 min manat təşkil edib. 
Beləliklə, Bankın əməliyyat gəlirlərinin  8 milyon 892 min manat artmasına qarşılıq əməliyyat xərcləri 1 milyon 789 min manat artıb. Yəni, gəlirlərdəki artımın 20%-ni xərclərdəki artım silib. Nəticədə, Bankın əməliyyat mənfəətində 7 milyon 102 min manat artım baş verib.
"Ziraat Bank Azərbaycan" ASC-nin əməliyyat mənfəəti 2022-ci ilin 9 ayında 2021-ci ilin 9 ayı ilə müqayisədə 7 milyon 102 min manat və ya 128% artaraq 12 milyon 633 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 5 milyon 463 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb və 989 min manat mənfəət vergisi ödəyib. Müqayisə üçün qeyd edək ki, Bank ötən ilin eyni dövründə 5 milyon 531 min manat əməliyyat mənfəətindən 1 milyon 290 min manat ehtiyata ayırmış və 341 min manat mənfəət vergisi ödəmişdi.
KREDİT PORTFELİ ARTIB
"Ziraat Bank Azərbaycan"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər)  2022-ci ilin 9 ayında 2021-ci ilin sonu ilə müqayisədə 68 milyon 669 min manat və ya 29,7 % artaraq 30 Sentyabr 2022-ci il tarixində 299 milyon 881 min manat təşkil edib.
BANK BÖYÜYÜB
30 Sentyabr 2022-ci il tarixində "Ziraat Bank Azərbaycan" ASC 435 milyon 794 min manat cəmi aktivlərə malik olub. Bank 2021-ci ilin sonunda  388 milyon 71 min manat cəmi aktivlərə malik idi.
Xəbər yenilənəcək

Banklar     Tarix: 26 oktyabr 2022

Oxşar xəbərlər

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

Bu il Azərbaycanda kiber risklər üzrə 231 min 210 manat sığorta haqqı toplanılıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, indiyə qədər həmi

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım


iqtisadi xeberler leobank kart dollar manat kursu kicik biznes valyuta mezennesi