Zuckerberg evini rekord məbləğə satıb
"Meta" şirkətinin təsisçisi Mark Zuckerberg San-Fransiskodakı malikanəsini 31 milyon dollara satıb. Bu, 2022-ci ildə şəhərin daşınmaz əmlak bazarında ən bahalı sövdələşmə olub. "Mansion Global" vurğulayır ki, iş adamı satışdan yaxşı pul qazanmağı bacarıb – bir vaxtlar ev ona üç dəfə ucuz qiymətə başa gəlib.
Banker.az bu barədə "Secretmag"a istinadən xəbər verir.
Zuckerberg və həyat yoldaşı Prisçilla Çan San-Fransiskodakı mülkü 2012-ci ildə alıblar. Onlar 1928-ci ildə tikilmiş malikanə üçün təxminən 10 milyon dollar ödəyiblər.
Eyni zamanda, cütlük dörd yataq və vanna otağı olan köhnə evin yenidən qurulmasına xeyli xərc çəkiblər – onun sahəsini 685 kvadratmetrdən 850 kvadratmetrə qədər artırıblar.
Zuckerberg və həyat yoldaşının evinin kimə satıldığı məlum deyil. Jurnalistlər alıcı haqqında ancaq onun Delaverdə yaşadığını öyrəniblər.
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c