Zuckerberg kriptovalyuta layihəsini - BAĞLAYIR
ABŞ-ın "Meta" korporasiyası "Novi" kriptocüzdanını bağlamağa qərar verib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, iyulun 21-dən etibarən istifadəçilər cüzdanlarını artıq doldura bilməyəcəklər. İstifadəçi pullarını çıxarmadığı halda, "Meta" onları bank hesabına və ya debet kartına köçürəcək.
Korporasiyanın nümayəndəsi qeyd edir ki, "Novi" üçün hazırlanmış texnologiyalar digər layihələrdə, məsələn, metakainatın yaradılmasında istifadə olunacaq.
2021-ci ilin oktyabrında "Facebook" metakainatın inkişafına diqqət yetirmək üçün rebrendinq edib. Şirkətin təsisçisi Mark Zuckerberg söyləyib ki, yeni virtual reallıqda istifadəçilər özünə bənzər avatarlar əldə edəcəklər.
2021-ci ilin oktyabrında "Meta" ABŞ və Qvatemaladakı istifadəçilər üçün "Novi" layihəsini işə salıb. "Novi" ABŞ dolları ilə dəstəklənən və "Paxos" tərəfindən buraxılan Pax Dollar steyblkoinini dəstəkləyib.
Dekabr ayında "Novi"nin rəhbəri Stefan Kasriel elan edib ki, "WhatsApp"ın ABŞ-dakı istifadəçiləri komissiya və digər məhdudiyyətlər olmadan kriptovalyuta ilə ani köçürmələr edə biləcəklər.

Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Azərbaycan banklarının aktivləri 62 milyard manatı keçib – 8 ayda 950 milyon manata yaxın xalis mənfəət
"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Bankların əmanət sahiblərinə faiz ödənişləri 1 milyard manata yaxınlaşdı
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Dünyada ən çox oxunan 5 kitab
Start-up nədir?
5 liderlik göstəricisi
Biznes qurmaq üçün nə lazımdır?