1000 manatlıq inək üçün cəmi 26 manat, 300 manatlıq qoyun üçün cəmi 8 manat – GÜZƏŞTLİ SIĞORTA BAŞLAYIB

1000 manatlıq inək üçün cəmi 26 manat, 300 manatlıq qoyun üçün cəmi 8 manat – GÜZƏŞTLİ SIĞORTA BAŞLAYIBAzərbaycanda aqrar sığorta mexanizmi vasitəsilə artıq kənd təsərrüfatı heyvanlarını da sığortalamaq mümkündür.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Aqrar Sığorta Fondunın yaydığı məlumatda bildirilir ki, sığorta iri buynuzlu mal-qara ilə yanaşı, xırdabuynuzlu heyvanları – qoyun və keçi təsərrüfatlarını da əhatə edir.
Aqrar sığorta heyvanları çoxsaylı risklərdən – yoluxucu xəstəliklər, təbii fəlakətlər, zəhərlənmə, ilan və həşarat sancması, vəhşi heyvanların hücumundan, 3-cü şəxslərin hərəkətlərindən qoruyur.
Bundan başqa, baytar tərəfindən qulluq zamanı heyvanların kimyəvi maddələrdən zəhərlənməsi, avtomobillə daşınma zamanı qəza, avtomobillə vurulma, elektrik cərəyanı vurması, hətta oğurluq və quldurluq halları da aqrar sığorta tərəfindən qarşılanır.
Bu hallar nəticəsində heyvanlar tələf olarsa və ya məcburi kəsimə gedərsə, müvafiq qaydalara uyğun şəkildə fermerlərə sığorta ödənişi edilir.
Aqrar Sığorta Fondu tərəfindən heyvanları tələf olan fermerlərə böyük ödənişlər edilir. Belə ki, 2022-ci ildə heyvnaların sığortası üzrə fermer və təsərrüfatlara 710 min manat, 2023-cü ildə 910 min manat həcmində sığorta ödənişi edilib.
Qanunvericiliyə əsasən kənd təsərrüfatı heyvanlarının sığortalanması üçün sığorta tarifləri 5,2-8,2% arasında dəyişir. Aqrar Sığorta Fondu tərəfindən təqdim edilən heyvan sığortasının əsas cəhəti onun güzəştli olmasıdır.
Fermerlərə dəstək məqsədilə heyvanların sığorta haqqının 50%-ni dövlət ödəyir, nəticədə fermerlər cüzi ödənişlə heyvanlarını sığorta edə bilərlər.
Belə ki, qiyməti 1000 manat olan mal-qaranın sığortası fermerə seçilmiş zərflən asılı olaraq cəmi 26-41 manata, 2000 manatlıq heyvanın sığortası 52-82 manata, 5000 manatlıq mal-qaranın sığortası isə 130-205 manata başa gəlir.
Xırdabuynuzlu heyvnaların sığorta haqqı daha kiçikdir – 300 manatlıq qoyun və ya keçinin sığortası sahibinə 8-12 manata, 500 manatlıq heyvanın sığortası isə 13-20 manata başa gəlir. 
Sığortalanma üçün əsas tələblər – heyvanın birkalı və peyvəndlənmiş olması, EKTİS-də qeydiyyatdan keçməsi və təsərrüfatda müvafiq şəraitin yaradılmasıdır.
Fermerlər Aqrar Sığorta Fondunın rəsmi internet səhifəsinə () daxil olmaqla heyvan sığortasının şərtləri və sığorta tarifləri barədə ətraflı məlumat ala, heyvanlarını sığorta etmək üçün tələb olunan sığotrta haqlarını kalkulyator () vasitəsilə özləri  də hesablaya bilərlər. / marja.az

Banklar     Tarix: 18 iyun 2024

Oxşar xəbərlər

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk


iqtisadi xeberler kripto bitcoin bitcoin qiymeti avtomobil xeberleri