2022-2026-da sosial-iqtisadi inkişaf Strategiyasının icrası üzrə görülmüş işlər müzakirə edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın həyata keçirilməsi ilə bağlı görülən işlər və tədbirlərin icra vəziyyəti barədə ildə 2 dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumatın verilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb.
Nazirlər Kabinetindən verilən xəbərə görə, noyabrın 6-7-də Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun rəhbərliyi ilə "Strategiya"da nəzərdə tutulan tədbirlərin icrasının nəticələri haqqında iclas keçirilib. İclasda "Strategiya"nın məqsədləri üçün yaradılan 8 İşçi Qrupun üzvləri və əsas icraçı olan aidiyyəti dövlət qurumlarının rəhbər müavinləri iştirak ediblər.
İclasda "Strategiya"da nəzərdə tutulmuş tədbirlərin icrası üzrə işlərin gedişinə nəzarətin birbaşa operativ, vaxtında və effektiv təmini məqsədilə yaradılmış çoxfunksional rəqəmsal platformanın Elektron Portalın təqdimatı (azerbaijan2030.gov.az) keçirilib, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Strategiya" qəbul olunandan sonra, o cümlədən 2023-cü ilin birinci yarımilliyi üzrə "Strategiya"nın icrası istiqamətində aparılmış monitorinqin nəticələri barədə hazırlanmış Hesabatla çıxış edib və ətraflı müzakirələr aparılıb.
İclasın yekununda "Strategiya"da nəzərdə tutulan tədbirlərin icrası prosesində qarşıya çıxan çətinliklərin həlli üçün aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib. / marja.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
ƏDV geri al və onun üstünlükləri
Layihə menecmenti nədir?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Biznes plan necə yazılır?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət