2023-cü ildə dövlət büdcəsinin kəsiri proqnozdan 3 dəfə aşağı olub
Maliyyə Nazirliyi 2023-cü il üzrə Azərbaycan Respublikası dövlət və icmal büdcəsinin icrasına (operativ) dair məlumat yayıb.
Marja.az xəbər verir ki, operativ məlumata əsasən 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 33 milyard 890,5 milyon manat proqnoza qarşı 5 faiz və ya 1 milyard 684,3 milyon manat artıq icra olunaraq 35 milyard 574,8 milyon manat təşkil etmişdir. Bu 2022-ci illə müqayisədə 4 milyard 895,2 milyon manat və ya 16 faiz çoxdur.
Operativ məlumata əsasən 2023-cü ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 99,5 faiz və ya 36 milyard 458,5 milyon manat icra olunmuşdur ki, bu da 2022-ci illə müqayisədə 4 milyard 393,9 milyon manat və ya 13,7 faiz çoxdur.
2023-cü il dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 milyard 734,3 milyon manat məbləğində təsdiq olunsa da faktiki kəsir 883,7 milyon manat təşkil etmişdir. Dövlət büdcəsinin kəsiri 2023-cü ilin faktiki ÜDM-in 0,7 faizini təşkil etməklə, proqnozlaşdırılmış həddən 1,8 faiz-bənd azdır (proqnoza nisbətən 1 milyard 850,6 milyon manat və ya 67,7 faiz az).
Kəsirin proqnoza qarşı əhəmiyyətli dərəcədə daralması ilk növbədə fiskal orqanlar tərəfindən dövlət büdcəsinə daxilolmaların artıqlaması ilə təmin edilməsi və dövlət büdcəsinin xərclərinin 166,3 milyon manatlıq hissəsinin (0,5 faiz) icra edilməməsi hesabına olmuşdur.
2023-cü il dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi həmin il üçün qəbul olunmuş borclanma proqramına uyğun olaraq cəlb edilmiş vəsait (1 milyard 605,2 milyon manat) və dövlət əmlakının özəlləşdirilməsindən (116 milyon manat) daxilolmalar hesabına həyata keçirilmişdir.

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Mcdonalds françayzinqi neçiyədir?
CV hazırlayarkən buraxılan 5 səhv
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Shopify-da necə satışa başlamaq olar?
Start-up nədir?