2024-də büdcədən Qarabağa xərclənəcək vəsait 2,1 milyard artırılaraq 9,9 milyard manata qaldırılır

2024-də büdcədən Qarabağa xərclənəcək vəsait 2,1 milyard artırılaraq 9,9 milyard manata qaldırılırİşğaldan azad olunmuş ərazilərin yenidən qurulması üçün 2024-cü ildə dövlət büdcəsindən xərclənməsi nəzərdə tutulan vəsait  2 milyard 114,7 milyon manat artırılır.
Bu barədə Marja.a Maliyyə Nazirliyinə istinadən xəbər verir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsinin xərcləri funksional təsnifata uyğun olaraq iqtisadi fəaliyyət (dövlət əsaslı vəsait qoyuluşu, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və digər xərclər) xərcləri təsdiq olunmuş 7 milyard 788 milyon manata qarşı 9 milyard 902,7 milyon manat və ya 2 milyard 114,7 milyon manat (27,2 faiz), müdafiə və milli təhlükəsizlik xərcləri təsdiq olunmuş 6 milyard 421 milyon manata qarşı 7 milyard 126,3 milyon manat və ya 705,3 milyon manat (11 faiz), əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclər təsdiq olunmuş 1 milyard 390,3 milyon manata qarşı 1 milyard 750,2 milyon manat və ya 359,9 milyon manat (25,9 faiz), məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri təsdiq olunmuş 2 milyard 956,7 milyon manata qarşı 3 milyard 58,4 milyon manat və ya 101,7 milyon manat (3,4 faiz), kənd təsərrüfatı xərcləri təsdiq olunmuş 1 milyard 102,6 milyon manata qarşı 1 milyard 202,6 milyon manat və ya 100 milyon manat (9,1 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri təsdiq olunmuş 574,8 milyon manata qarşı 575,6 milyon manat və ya 0,9 milyon manat (0,1 faiz) çox, ümumi dövlət xidmətləri (qanunvericilik və icra hakimiyyəti, beynəlxalq münasibətlər, xarici ölkələrə yardımlar, büdcələrarası transfertlər, dövlət borcu) xərcləri təsdiq olunmuş 4 milyard 822,2 milyon manata qarşı 4 milyard 542,8 milyon manat və ya 279,4 milyon manat (5,8 faiz), səhiyyə xərcləri təsdiq olunmuş 1 milyard 871,3 milyon manata qarşı 1 milyard 863,3 milyon manat və ya 8,0 milyon manat (0,4 faiz), sosial müdafiə və sosial təminat xərcləri təsdiq olunmuş 4 milyard 542,2 milyon manata qarşı 4 milyard 391,4 milyon manat və ya 150,8 milyon manat (3,3 faiz) az, təhsil xərcləri, mənzil və kommunal təsərrüfatı xərcləri və ətraf mühitin mühafizəsi xərcləri isə təsdiq olunmuş məbləğdə proqnozlaşdırılır. / marja.az

Maliyyə     Tarix: 25 may 2024

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur


iqtisadi xeberler kripto dollar kursu rubl mezenne dollar məzənnəsi