2025-ci il dövlət büdcəsi xərclərinin artırılmasının səbəbi açıqlandı
Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsini Azərbaycan Respublikasının Milli Məclisin müzakirəsinə təqdim edib.
2025-ci il dövlət büdcəsinin gəlirləri və xərcləri ilkin variantla müqayisədə artırılaraq müvafiq olaraq gəlirlər 38 milyard 316 milyon manat, xərclər isə 41 milyard 367,6 milyon manat məbləğində müəyyən olunub.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Maliyyə Nazirliyində İctimaiyyətlə Əlaqələr və Vətəndaşların Müraciətləri Şöbəsinin müdiri Mais Piriyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən dövlət başçısına təqdim olunmuş 2025-ci il dövlət büdcəsinin layihəsi ilə müqayisədə büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılmışdır.
"Dövlət büdcəsi xərclərinin artırılmasının əsas səbəbi Ermənistan Respublikasının genişmiqyaslı militarizasiya siyasətinə Azərbaycan Respublikası tərəfindən cavab tədbirlərinin görülməsi ehtiyacı ilə əlaqədardır. Əlavə xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1milyard 700 milyon manat məbləğində artırılması hesabına təmin ediləcəkdir",- Mais Piriyev bildirib. / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Onlayn biznes növləri
Elon Musk kimdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
McDonalds haqqında maraqlı faktlar
Dünyanın TOP-3 biznes universiteti hansılardı?