"2025-dən "Kapital Bank" "Bir Bank"brendi altında fəaliyyətini davam etdirəcəkdir"
"2025-ci ildən "Kapital Bank" daha çox "Bir Bank"brendi altında fəaliyyətini davam etdirəcəkdir".
Marja xəbər verir ki, bunu "Kapital Bank" ASC-nin İdarə Heyətinin sədri, Baş İcraçı Direktoru Fərid Hüseynov 2024-cü ilin 11 ayının nəticələri və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.
"Bizi gələn ildən "Bir Bank" brendi altında izləyəcəksiniz. Müştərilərimiz daha çox "Bir Bank"lı olacaq. Biz daha rəqəmsal və müştəri yönümlü olmaq istəyirik. Bütün kommunikasiyamız, məhsullarımız daha çox "Bir Bank" brendi altında olacaqdır. Eyni zamanda, bu o demək deyil ki, "Kapital Bank" brendi yox olacaq, o qalacaq, bir maliyyə institutu olaraq rəsmi sənədlərdə "Kapital Bank" adından istifadə olunacaq. Lakin müştəri yönümlü strategiyamız "Bir Bank" brendi altında olacaqdır", - Bankın İdarə Heyətinin sədri deyib.
Fərid Hüseynov əlavə edib ki, artıq "Bir Bank" tətbiqini 3 milyondan çox müştəri istifadə edir.
Bankın sədri, "müşahidə edirik ki, bizi daha çox "Bir Bank" brendi ilə tanıyırlar. Biz 2-3 il ərzində filiallarımızı da "Bir Bank" adına keçirəcəyik", deyib. / marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Ən çox gəlir gətirən onlayn bizneslər
Dünyanın ən çox maaş verən şirkətləri
Dünyanın əh bahalı brendləri - TOP-10
SMM nə deməkdir?