"ABB AI Factory" platforması "IDC Future Enterprise EMEA" mükafatının qalibləri sırasında

®Bazar araşdırmaları və konsaltinq xidmətləri sahəsində qlobal qurumlardan olan IDC (Beynəlxalq Data Korporasiyası) ilk dəfə illik "IDC Future Enterprise EMEA" (Avropa, Orta Şərq, Afrika regionunda gələcək sahibkarlıq) mükafatının qaliblərini açıqlayıb. İlk ilində dünyanın ayrı-ayrı regionlarından  15-dən çox sektordan 600-dən artıq təşkilat proqrama layihələr təqdim edib. Mükafatlandırma "Rəqəmsal infrastruktur", "İş", "Dayanıqlılıq", "Müştəri təcrübəsi", "İnam", "İntellekt", "Əməliyyatlar" nominasiyaları üzrə aparılıb. ABB-nin "ABB Suni İntellekt Platforması" (ABB AI Factory) layihəsi də "İntellekt" nominasiyası üzrə ilk üçlükdə qərarlaşıb. 
"ABB AI Factory" 15-dən çox Open Source texnologiyasını özündə cəmləşdirən Big data, Data Science və Süni İntellekt platformasıdır. Bu platforma Bankın əməkdaşlarına birlikdə işləyib effektiv və sürətli şəkildə Süni İntellekt həllərini yaratmaq, onları idarə etmək imkanı verir. Hazırda "ABB AI Factory" platformasında 100-dən çox maşın öyrənməsi modeli işləyir. Qeyd edək ki, bu platformanı başlanğıcdan ABB əməkdaşları yaradıb. Bankın data komandasında hazırda 50-dən çox işçi çalışır. Bu günlərdə istifadəçilərə təqdim edilmiş ABB Süni İntellekt də Bankın data və rəqəmsal komandalarının birgə reallaşdırdığı uğurlu layihələrdəndir. 
Müxtəlif nominasiyalar üzrə "IDC Future Enterprise EMEA" mükafatlarını qazanan qlobal oyunçular sırasında Vodafone, Deutsche Bank, Henkel, Koçtaş, Kembric Universiteti, DHL Group, Aksigorta və s. bu kimi qurumlar var. 
Layihələrin dəyərləndirilməsi zamanı əsas meyarlardan biri şirkətlərin proqram təminatı, innovasiyalar, rəqəmsal transformasiya, ən təkmil texnologiyalar əsasında mükəmməl infrastruktur  yaratması olub. 
IDC-nin bu proqramı rəqəmsal biznes erasında təşkilatlara müasir çağırışlara necə uyğunlaşdıqlarını, yeni texnologiyalara hansı şəkildə sərmayə qoyduqlarını nümayiş etdirmək fürsəti verir. "IDC Future Enterprise EMEA" mükafatı rəqəmsal mədəniyyəti inkişaf etdirmək, bu sahədə sağlam rəqabət mühiti yaratmaq üçün düşünülmüş platformadır. Bu mükafat şirkətləri etibarlı sənaye ekosistemlərindən faydalanmaqla mükəmməl infrastruktur qurmağa, müştəri təcrübələrini inkişaf etdirməyə və bu təcrübələrdən qazanmağa motivasiya edir.
Proqram haqqında ətraflı məlumatı buradan əldə etmək olar. 
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən  və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar. / banker.az

Banklar     Tarix: 02 fevral 2024

Oxşar xəbərlər

AccessBank, AmCham və Neurotime süni intellekt hakatonu təşkil edir

 Amerika-Azərbaycan Ticarət palatasının (AmCham Azerbaijan) təşkilatçılığı, AccessBank və Neurotime tərəfdaşlığı ilə "Building with AI: From İdea to Working Product" adlı birgünlük innovasiya hakatonu keçiriləcək

BOKT "Finans Kredit"in 2025-ci il üzrə maliyyə göstəriciləri - Ötən ili mənfəət ilə başa vurub

Bank olmayan kredit təşkilatı - BOKT "Finans Kredit" MMC 2025-ci ili 132 min 55 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə təşkilatın xalis mənfəəti 203 min 263 manat olmuşdu. Beləliklə, BOKT-un xalis mənfəət

Mərkəzi Bank qiymətlər üzrə proqnozlarını qaldırdı – İllik inflyasiya 6%-ə yüksələ bilər

Azərbaycan Mərkəzi Bankının yenilənmiş may proqnozuna görə 2026-cı il üzrə illik inflyasiya 5.9 faizə yüksəldilib. Halbuki, 2026-cı ilin ilk fevral iclasında bu rəqəm 5.5 faiz təşkil edirdi. xəbər verir ki, 2027-ci il üzr

ABB Özbəkistandakı "Davr Bank"da pay alır

ABB Özbəkistandakı "Davr Bank" Səhmdar Cəmiyyətində pay alır. xəbər verir ki, səhmdarların ümumi yığıncağı müsbət cavab verib. Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin ( "ABB"

Azərbaycanın strateji valyuta ehtiyatları 38 aylıq idxalı maliyyələşdirməyə kifayət edir

Azərbaycanın strateji valyuta ehtiyatları cari ilin 4 ayının sonuna 2.9 mlrd. və ya 3.4% artıraq 87.9 mlrd. ABŞ dollar səviyyəsinə yüksəlib. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransınd

"Naxçıvanbank"ın əmanətçiləri və depozit hesabı sahibləri üçün yenilik

Mərkəzi Bank tərəfindən vətəndaşların məmnunluğunun artırılması və xidmətlərdən istifadədə rahatlığın təmin edilməsi məqsədilə "Naxçıvanbank" ASC-nin əmanətçilərinə və digər depozit hesabı sahiblərinə məxsus hesa

Yelo Invest ilə PAŞA Bank-ın səhmdarı ol

İnvestisiya dünyasının ən son yeniliklərini müştərilərinə çatdıran Yelo Bank, ölkənin maliyyə bazarında baş verən tarixi hadisəyə – PAŞA Bank-ın İlkin Kütləvi Təklif (IPO) prosesinə qoşulub. Artıq investorlar Yelo Inves

"Bank BTB"nin aktiv və öhdəliklərinin ABB-yə ötürülməsi iyunda yekunlaşacaq

Gələn ayın sonuna qədər "Bank BTB" ASC-nin aktivlərinin və öhdəliklərinin "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) ötürülməsi yekunlaşdırılacaq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımo

ABB-nin Özbəkistan bankının nəzarət səhm paketini alması üzrə əqdin dəyərinin 100 milyon dollardan çox olacağı proqnozlaşdırılır

ABB səhmdarlarının qərarı ilə Özbəkistanın "Davr Bank"ından nəzarət səhm paketinin alınması barədə razılıq əldə olunub. Müqaviləyə əsasən, ABB bankın 51%-ni əldə etməyi planlaşdırır. Bunu bu gün keçirilən mətbua


iqtisadi xeberler bitkoin qiymeti biznes ideyalari biznes xeberleri dollar mezenne