ABB Alfa nəsli üçün Alpha Card məhsulunu təqdim etdi
ABB Alfa nəslinin təmsilçiləri olan uşaqlar üçün Alpha Card məhsulunu bazara təqdim edib.
Bankın yaydığı məlumatda bildirilir ki, bu debet kart uşaqların maliyyə xidmətləri ilə bağlı ehtiyaclarının təmin olunması üçündür. Alpha Card tam rəqəmsaldır. Onun sifarişi və əldə olunması da əvvəldən sona tam rəqəmsal təcrübə ilədir.
Valideynlər 7 yaşdan 17 yaşa qədər övladları üçün Alpha Card-ı ABB mobile tətbiqindən sifariş verə bilərlər. Debet kart valideynin adına açılaraq uşağın istifadəsinə verilir. Məlumat bazalarının inteqrasiyası nəticəsində kart sifarişi zamanı uşağın adı görünür. Öz kartının dizaynını da uşaq özü seçə bilir.
Kartdan istifadə valideynin nəzarətində olur. Hər bir valideyn kartdan istifadəni nəzarətdə saxlayır, kənardan idarə edir, limitləşdirir. Uşağın Alpha Card-la apardığı bütün əməliyyatlar haqqında real vaxt rejimində valideynə bildirişlər gəlir.
Kart rəqəmsal bacarıqlara erkən yaşlardan yiyələnən Alfa nəsli nümayəndələrinin maraqlarına, davranışlarına uyğundur. ABB-nin növbəti innovativ məhsulu olan bu kart yeni nəslin maliyyə savadlılığına, onlarda rəqəmsal maliyyə xidmətlərindən istifadə vərdişlərinin inkişafına kömək göstərəcək.
Alpha Card məhsulunun daha bir özəlliyi bu kart haqqında hazırlanmış videonun musiqi və sözlərini süni intellektin yazmasıdır.
Alpha Card-ın üstünlükləri haqqında ətraflı məlumatları buradan əldə edə, kartı ABB mobile-dan sifariş verə bilərsiniz. / marja.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
İban nədir?
SMM nə deməkdir?
Kriptovalyuta nədir?
IMEI kod nədir?
Bill Qeyts kimdir?