ABB-dən İslam bankçılığı çərçivəsində yeni məhsul
ABB İslam bankçılığı prinsiplərinə əsaslanan yeni "Murabaha" məhsulunu müştərilərə təqdim edib.
Marja xəbər verir ki, yeni məhsul biznes subyektlərinə faizsiz maliyyələşmə imkanı yaradır. "Murabaha" çərçivəsində sahibkarlar biznes fəaliyyəti üçün zəruri olan avadanlıq, daşınar və daşınmaz əmlak, eləcə də digər aktivləri əldə edə biləcəklər.
Məhsul üzrə maliyyələşmə məbləği 100 min manatdan 5 milyon manatadək müəyyən edilib. Müştərilər maliyyələşməni manat, ABŞ dolları və ya avro ilə əldə edə bilərlər.
ABB-nin məlumatına görə, "Murabaha" məhsulu üzrə ödəniş müddəti 1 ildən 3 ilədək nəzərdə tutulub. Müştərilər əldə etdikləri aktivin dəyərini əvvəlcədən razılaşdırılmış şərtlər əsasında hissə-hissə ödəyəcəklər.
Bank bildirir ki, məhsul üzrə faiz ödənişi tətbiq edilmir. Bunun əvəzində, maliyyələşmə əvvəlcədən şəffaf şəkildə razılaşdırılmış mənfəət marjası əsasında təqdim olunur.
Yeni məhsul sahibkarlara iri məbləğli alışları təxirə salmadan həyata keçirmək, biznesin genişləndirilməsi və investisiya planlarını daha rahat icra etmək imkanı verəcək.

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes nədir və hansı növləri var?
İnstaqramda biznes qurmağın yolları
Green Card nədir və onu necə əldə etmək olar?
Bill Qeyts kimdir?