ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi

ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi®Vətəndaşlar üçün yeni investisiya və qazanc imkanları yaradan ABB istiqrazlarına abunə yazılışının 3-cü mərhələsi də uğurla başa çatıb. Hər biri 5 milyon manat həcmində olan 1 illik və 2 illik istiqraz buraxılışları investorların yüksək marağı ilə qarşılanıb. Hər iki buraxılış üzrə sifarişlərin ümumi həcmi 19 846 100 manat təşkil edib. Bu da təklif olunan ümumi emissiya həcmindən təxminən 2 dəfə çoxdur.
İllik 9% gəlirlilik təklif edən 1 illik istiqraz buraxılışı üzrə sifarişlərin ümumi həcmi 9 087 900 manat olub. Bu buraxılış üzrə abunə yazılışında 227 investor iştirak edib, 428 sifariş təqdim olunub və onlardan 425-i icra edilib. Nəticədə 224 investorun sifarişi təmin olunub.
İllik 10% gəlirlilik təklif edən 2 illik istiqraz buraxılışı üzrə isə sifarişlərin ümumi həcmi 10 758 200 manat təşkil edib. Abunə yazılışında 181 investor iştirak edib, 398 sifariş təqdim olunub və onlardan 392-i icra edilib. Nəticədə 175 investorun sifarişi uğurla təmin olunub.
Nominal dəyəri 100 manat olan istiqrazlar hər buraxılış üzrə 50 min ədəd həcmində emissiya edilib. İstiqrazlar adlı, faizli, təmin edilməmiş və sənədsiz formada buraxılıb. İnvestorlara faiz ödənişləri hər ay həyata keçiriləcək. Fiziki şəxslər üçün istiqrazlardan əldə olunan faiz gəlirləri vergidən azaddır.
ABB istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında kütləvi təklif – abunə yazılışı üsulu ilə həyata keçirilib. Eyni zamanda, istiqrazların təkrar bazarda alqı-satqısı üçün də imkan yaradılıb.
ABB istiqrazları investorlara sabit və etibarlı gəlir əldə etmək imkanı təqdim etməklə yanaşı, ölkənin kapital bazarlarının inkişafına da mühüm töhfə verir.
ABB-nin planlaşdırdığı növbəti istiqraz emissiyalarının qrafiki ilə buradan tanış ola bilərsiniz. Yeni emissiyalar elan olunduqca dəqiq tarixlər də həmin səhifədə paylaşılacaq.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri haqqında ətraflı məlumatı Bankın filial və şöbələrindən, ABB-nin rəsmi internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, eləcə də Bankın rəsmi sosial şəbəkə hesablarından əldə etmək mümkündür. / banker.az

Banklar     Tarix: 19 iyun 2026

Oxşar xəbərlər

Borcları yığan şirkətdə gələn həftə yeni səhmdarlar bəlli olacaq

"KollektA" ASC səhmlərini Bakı Fond Birjasında (BFB) yerləşdirəcək. BFB-nin Listinq Komitəsinin 10 sentyabr 2026-cı il tarixli qərarı ilə şirkətin səhmlərinin ticarətə buraxılmasına icazə verilib. xəbər verir ki

Mərkəzi Bank sistem əhəmiyyətli bankların qiymətləndirilməsi qaydalarını dəyişib

Azərbaycanda bankların sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi meyarları, eləcə də bank kapitalının və kapital adekvatlığının hesablanması qaydaları dəyişdirilib. xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı sistem əhəmiyyətl

Mərkəzi Bankın valyuta ehtiyatları tarixi maksimuma çatıb – AYLIQ REKORD ARTIM

Mərkəzi Bank bazara müdaxilə etdiyini təsdiqləyib. Sonuncu dəfə bu həddə 2014-cü ilin yayında olmuşdu. Azərbaycan Mərkəzi Bankının (AMB) xarici valyuta ehtiyatları 2026-cı ilin avqust ayında 1 milyard 533,4 milyon ABŞ dollar

Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq

Bank Respublika və AccessBank-ın planlaşdırılan birləşməsi nəticəsində cəmi aktivləri 4,5 milyard manat olan maliyyə institutu formalaşacaq. xəbər verir ki, birləşmiş bankın kredit portfelinin həcmi 3,3 milyard manata çatacaq

Dünya Bankı Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçir

Dünya Bankı Qrupunun Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçidi nəzərdə tutulur. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. Nazir Dünya Bankının Cənubi Qafqa

PAŞA Bankın dəstəyi ilə "Qız qalası" baleti yenidən səhnəyə qayıdır

Azərbaycanın ilk milli baleti – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" əsəri yenidən səhnəyə qayıdır. Baletin bərpası PAŞA Bankın dəstəyi və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə əməkdaşlıq çərçivəsind

PAŞA Bankın dəstəyi ilə "Qız qalası" baleti yenidən səhnəyə qayıdır

Azərbaycanın ilk milli baleti – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" əsəri yenidən səhnəyə qayıdır. Baletin bərpası PAŞA Bankın dəstəyi və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə əməkdaşlıq çərçivəsind

ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı

ABB Maliyyə Qrupu ilə Özbəkistanda fəaliyyət göstərən Davr Bank kommersiya bankı arasında əqdin bağlanması prosesi uğurla tamamlanıb. ABB-yə istinadən xəbər verir ki, əqd 10 sentyabr 2026-cı il tarixində Daşkənd Fond Birjasınd

Azərbaycanda bank və ödəniş sektorları bir-birinə rəqib olacaq

Aərbaycanda banklar və ödəniş bazarı iştirakçıları (elektron pul və ödəniş təşkilatları – fintexlər) arasında əməkdaşlığın dayandırılması, iki sektor arasında sağlam və ədalətli rəqabət mühitinin formalaşdırılması müzakir


iqtisadi xeberler depozit faizleri investisiya bitkoin almaq bu gunun xeberleri