ABB-nin dəstəyi ilə ADA-da "Karyera Həftəsi"nə start verildi
®ABB-nin tərəfdaşlıq dəstəyi ilə ADA Universitetində növbəti "Karyera Həftəsi" başlanıb. Aprelin 25-ə qədər davam edəcək "Karyera Həftəsi"nin məqsədi tələbə və məzunları ölkəmizin əmək bazarı, mövcud karyera imkanları ilə tanış etməkdir.
ADA-nın hər il ənənəvi qaydada keçirdiyi "Karyera Həftəsi"ndə müxtəlif müzakirə panelləri, seminar və təqdimatlar təşkil olunur. Bu tədbirlərdə ayrı-ayrı qurumların rəhbər təmsilçiləri də iştirak edir. Universitetin tələbə və məzunları onlarla tanış olur, işgüzar əlaqələr qururlar.
"Karyera Həftəsi"nin açılışında ABB-nin İdarə Heyəti sədrinin müavini, Bankın Baş transformasiya inzibatçısı Taleh Tahirli də çıxış edib. O, ABB-nin transformasiya təcrübəsini tələbələrlə bölüşüb. Tələbələrin fərdi inkişaf üçün bu təcrübədən öyrənə biləcəkləri əsas məqamları onlarla bölüşüb. Xüsusilə dəyişiklik hekayəsi formalaşdırmağın, bu hekayəyə uyğun faydalı vərdişlər yaradaraq onlara gündəlik əməl etməyin, lazımi bacarıqlara yiyələnməyin və rol model müəyyənləşdirməyin önəmini diqqətə çatdırıb.
ABB-nin tərəfdaşlıq dəstəyi ilə təşkil olunmuş "Karyera Həftəsi"nə 20-dən çox qurum qatılıb. Tələbələr növbəti günlər ərzində bu qurumların təmsilçilərinin iştirakı ilə maraqlı təqdimatlar dinləyəcək, gələcək karyera həyatları üçün faydalı məlumatlar alacaqlar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. / banker.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın ən zəngin idmançıları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
"Coca-Cola" haqqında 5 maraqlı fakt