ABB-nin dəstəyi ilə Bakı Caz Festivalı başlanır
®Oktyabrın 24-də paytaxtımızda növbəti dəfə Bakı Caz Festivalına start verilir. Payız mövsümünün bu mühüm mədəniyyət tədbiri ABB-nin tərəfdaşlıq dəstəyi ilə keçirilir.
Bu il həm də Bakı Caz Festivalının 20 illik yubileyidir. 2005-ci ildə tanınmış saksofon ifaçısı və bəstəkar Rain Sultanovun əsasını qoyduğu Bakı Caz Festivalı bu illər ərzində mədəniyyətlər və caz ənənələri arasında körpüyə çevrilib.
Festival 31 oktyabra qədər davam edəcək. Bu günlər ərzində Bakıda dünyanın tanınmış caz musiqiçiləri çıxış edəcəklər.
Festival çərçivəsində açıq məkanlardan tutmuş kamera salonlarına qədər bir çox məkanlarda konsertlər, sərgilər, cem-sessiyalar, film nümayişləri, ustad dərsləri və seminarlar təşkil olunacaq. Festivalda həmçinin Böyük Britaniya və İsveçrənin tanınmış musiqi bloqçuları ilə görüşlər, caz üzrə beynəlxalq ekspertlərlə müzakirələr paneli keçiriləcək.
Builki festivalda sağlamlıq imkanları məhdud gənclər üçün xüsusi ustad dərsləri və konsertlər də nəzərdə tutulub.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar. / banker.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Shopify-da necə satışa başlamaq olar?
Dünyanın ən varlı 10 adamı
Dünyada ən çox oxunan 5 kitab
Milyonlar qazandıran qəribə biznes ideyaları
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?