ABB-nin dəstəyi ilə daha bir uşaq futbol komandası formalaşdırıldı
®Dünyanın müxtəlif ölkələrində futbol düşərgələri təşkil edən "Real Madrid Foundation" ABB-nin baş sponsorluğu, Footland-ın təşkilatçılığı ilə bu il Azərbaycanda ikinci dəfə "Real Madrid Foundation Azerbaijan Clinic" proqramını həyata keçirib. "Sabis Sun International School"un ərazisində təşkil olunan futbol düşərgəsinin keçirilməsinə Visa, Epoint şirkətləri də dəstək verib.
Belə bir düşərgənin təşkilində məqsəd 6-17 yaş aralığında 250 uşağa futbol bacarıqlarını və idman dəyərlərini öyrətmək, bütün iştirakçıların unikal təcrübəyə yiyələnməsinə kömək göstərməkdir. Bu layihə beynəlxalq standartlara uyğun hazırlanıb. "Real Madrid Foundation" yüksək səviyyəli futbol məşqçilərinin rəhbərliyi altında xüsusi təlimlər keçməklə onlara futbol bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.
Builki düşərgə zamanı aparılan seçimlər əsasında yeni bir uşaq futbol komandası formalaşdırılıb. Komanda ölkəmizi İspaniyanın Madrid şəhərində keçirilən "Real Madrid Foundation World Challenge" turnirində təmsil edəcək.
Xatırladaq ki, ötən il formalaşdırılmış komanda da bu ilin martında həmin turnirə qatılıb və 16 ölkənin komandaları arasında ən güclülərdən olub.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. / banker.az

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Proqramçılar üçün TOP-5 Freelance sayt
Evdə biznes qurmağın yolları
Whatsapp biznesin üstünlükləri nələrdir?
Cash Back nədir?
5 liderlik göstəricisi