ABB-nin dəstəyi ilə "EY İlin İş Adamı" müsabiqəsinə start verilir

ABB-nin dəstəyi ilə ®EY Azərbaycan şirkəti ABB-nin maliyyə dəstəyi ilə ölkəmizdə 5-ci dəfə "EY İlin İş Adamı" müsabiqəsinə müraciət qəbuluna başlayıb. Müsabiqədə iştirak etmək istəyən sahibkarlar və iş adamları öz ərizələrini müsabiqə komitəsinə təqdim edə bilərlər. 
"EY İlin İş Adamı" müsabiqəsi 35 ildən çoxdur ki, təsis edilib və bu gün dünyanın 60-dan çox ölkəsinin 145 şəhərində keçirilir. Liderlik və uğur nümayiş etdirən iş adamları fəaliyyət sahələrindən asılı olmayaraq proqrama qoşulmaq üçün ərizələrini 31 dekabr 2023-cü ilədək təqdim edə bilərlər. Milli müsabiqənin qalibi 2024-cü ilin fevralında seçiləcək. Münsiflər qiymətləndirməni dövriyyədə artım, mənfəət, namizədin liderlik xüsusiyyətləri, yenilikçiliyi və yaradıcılığı, sosial məsuliyyət və dayanıqlılığa diqqət kimi müxtəlif amillərə əsaslanaraq aparacaqlar. Qalib, gələn ilin iyununda Monakoda keçiriləcək "EY Dünya Üzrə İlin İş Adamı" müsabiqəsində Azərbaycanı təmsil edərək digər ölkələrin finalçıları ilə yarışacaq. ABB ilə yanaşı, bp şirkəti və "Veysəloğlu" Şirkətlər Qrupu da müsabiqəyə sponsorluq dəstəyi verir. 
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "Bu il "EY İlin İş Adamı" müsabiqəsinin yubiley ilidir. Artıq 5-ci ildir ki, bu layihə Azərbaycanda uğurla həyata keçirilir və ABB 5 ildir ki, ardıcıl şəkildə bu müsabiqəyə tərəfdaşlıq dəstəyi verir. "EY İlin İş Adamı" müsabiqəsi hər il daha geniş çevrədə tanınır. İldən-ilə müsabiqəyə maraq artır, bu layihə biznes mühitində yeni bir keyfiyyət və rəqabət meyarına çevrilir. Hər müsabiqədə iş adamlarımızın, yerli şirkətlərin parlaq sahibkarlıq nailiyyətlərini görmək çox xoşdur. Məmnunuq ki, cəmiyyətimiz üçün belə bir faydalı ənənənin formalaşmasında ABB olaraq biz də yaxından iştirak edirik".
bp şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: "Biz "EY İlin İş Adamı" müsabiqəsini dəstəkləməyə davam etməkdən məmnunuq, çünki bu proqram ölkəmizdə sahibkarlığın uğurlarını və yerli müəssisələrin nailiyyətlərini tanıyır və üzə çıxarır. İş adamları arasında müxtəlif müsabiqələrin keçirilməsi onları sağlam rəqabətə təşviq edir. Bu səbəbdən belə müsabiqələrin təşkili və keçirilməsinə dəstək göstərilməsi diqqətimizdədir. Yerli biznes icmasının inkişafı bp şirkətinin sahibkarlığın və yerli təchizat zəncirlərinin inkişafına yönəldilmiş səyləri ilə üst-üstə düşür". 
"EY Azərbaycan" şirkətinin ölkə üzrə idarəedici partnyoru İlqar Vəliyev qeyd edib: "Əvvəl pandemiya, sonra isə bəzi geosiyasi məsələlər qlobal dəyişikliklərə səbəb olub. Bunlar həm Azərbaycanda, həm də dünyanın digər ölkələrində fəaliyyət göstərən sahibkarların bizneslərinə, əlbəttə ki, təsir etdi. "EY"ın ölkəmizdə təşkil etdiyi bu müsabiqənin məqsədi yaşanan çətinliklərə baxmayaraq sahibkarlıq ruhunu üstün tutmuş və yollarına davam etməyə qərar vermiş layiqli şəxsiyyətləri qiymətləndirməkdir. Əzm və dayanıqlıq nümayiş etdirən insanlar bazarda yaşanan tənəzzülün öhdəsindən uğurla gələrək digərlərini ruhlandırmağa və bizneslərin inkişafı üçün çalışmağa davam edəcəklər."
Proqramın partnyorları sırasında Ekvita konsaltinq şirkəti,  Azpromo (Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi), İctimai televiziya, AmCham Azərbaycanın dərc etdiyi "İmpact" jurnalı, "Finansist jurnalı" və APFM də var. Müsabiqə barədə daha ətraflı buradan öyrənmək olar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. / banker.az

Banklar     Tarix: 18 oktyabr 2023

Oxşar xəbərlər

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu


iqtisadi xeberler valyuta xeberleri bitcoin rubl mezenne telefonla pul qazanmaq