ABB-nin portfelindəki korporativ səhmlər bahalaşıb və portfel ₼100 mln.-a yüksəlib

ABB-nin portfelindəki korporativ səhmlər bahalaşıb və portfel ₼100 mln.-a yüksəlibDövlətə məxsus olan ABB-nin (Azərbaycan Beynəlxalq Bankı ASC) investisiya portfelində olan korporativ səhmlərin həcmi 100 milyon manata yüksəlib. Buna səbəb iki ABŞ şirkətinin səhmlərinin son bir ildəki bahalaşmasıdır.
Banker.az xəbər verir ki, bu barədə ABB-nin fərdi audit hesabatında bildirilir.
Bankın bu portfeli 2023-cü ildə illik müqayisədə 24 faiz üzərində artmaqla 80.17 mln. manatdan 99.69 mln. manata yüksəlib.
Hesabatda bildirilir ki, korporativ səhmlərin ədalətli bazar dəyəri "Mastercard Incorporeted" şirkətinin "B" kateqoriyalı səhmləri üzrə 27.4 milyon manat ekv. (16.12 mln. dollar) və "Vısa Incorparated" şirkətinin "C" kateqoriyalı səhmləri üzrə 71.8 mln manat (42.24 mln. dollar) olub.
2022-ci ilin sonuna bu səhmlərin dəyəri "Mastercard" üzrə 22.34 mln. manat (ekv), "Vısa" üzrə isə 57.34 mln. manat (ekv) olub.
"Mastercard"ın səhmləri 2023-cü ilin əvvəlində 350 dollar olduğu halda, hesabat ilinin sonuna 426 dollar olub. Bu bir il ərzində 22 faizə yaxın artımdır. Hazırda "Master card 450 dollar ətrafında ticarət edilir.
"Visa" 2023-cü ilin əvvəlində 210 dollar olduğu halda 260 dolların üzərinə qalxıb. Bu da səhmlərin 24 faiz ətrafında bahalaşmasıdır.
Qeyd edək ki, bankın ümumi investisiya qiymətli kağızlarınının həcmi keçən il 2 mlrd. 659.41 mln. manatdan 2 mlrd. 6.99 mln. manata düşüb. Azalmada əsas səbəb AMB-nin notlarıdır.

Banklar     Tarix: 07 iyun 2024

Oxşar xəbərlər

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə


iqtisadi xeberler biznes xeberleri internetden pul qazanmaq bitkoin almaq bitkoin qiymeti