ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərildi

ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərildi®Çinin Dalian şəhərində Dünya İqtisadi Forumunun (Davos Forumu) "Yeni Çempionların İllik Toplantısı" keçirilib.
Toplantıda ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və İdarə Heyəti sədrinin müavini Taleh Tahirli də iştirak edib.
Burada Forumun Maliyyə Xidmətlərində Süni İntellekt İcmasının "Maliyyə Xidmətləri üçün Süni İntellekt Bələdçisi" ""The AI Playbook for Financial Services") adlı hesabatı təqdim edilib və hesabatda ABB-nin süni intellekt həlləri də nümunəvi təcrübə kimi yer alıb.
"Bu, komandamızın son illərdə gördüyü işlərin beynəlxalq səviyyədə tanınmasının daha bir göstəricisidir" – Abbas İbrahimov özünün sosial media hesabında qeyd edib.
Qeyd edək ki, Hesabatda ABB-nin maliyyə inklüzivliyini genişləndirməkdən ötrü süni intellektdən istifadə etdiyi, bank xidmətlərini hər kəs üçün sadələşdirmək məqsədilə müştərilərlə danışan süni intellekt əsaslı köməkçilərdən də yararlandığı göstərilir. Qeyd edilir ki, artıq biznes qurumları əvvəllər təsəvvür belə edilməyən və ya həyata keçirilməsi sadəcə mümkün olmayan yeni dəyər mənbələrini yaratmaqdadırlar.
Hesabatda ABB-nin təcrübəsi ilə bağlı təqdim edilən nümunə isə mikrokredit müraciətləri üzrə risk qiymətləndirməsi və qərarvermə proseslərində süni intellektin tətbiqidir. Bu həllin ABB üçün gəlirli biznes istiqaməti yaratdığı, portfel üzrə orta gəlirliliyin 21% təşkil etdiyi bildirilib.
Abbas İbrahimov, Çin Baş nazirinin aparıcı şirkətlərin rəhbərləri ilə qapalı görüşündə də iştirak edib: "Görüşdə innovasiya və süni intellektin ölkənin gələcək inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğu, xarici investorlar üçün açıq əməkdaşlıq siyasətinin davam etdiriləcəyi və qlobal çağırışların yalnız əməkdaşlıq yolu ilə həll oluna biləcəyi xüsusi vurğulandı".
ABB nümayəndələri Şanxayda 1 milyarddan çox istifadəçisi olan WeChat və WeChat Pay ekosisteminin yaradıcısı
süni intellektin bankçılıqda tətbiqi, rəqəmsal maliyyə xidmətləri və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.
"Süni intellekt artıq gələcəyin deyil, bugünün rəqabət üstünlüyüdür. Bu sahədə beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi isə innovasiyaların daha sürətli tətbiqinə, yeni imkanların yaranmasına mühüm töhfə verir" – Abbas İbrahimov qeyd edib.
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərildiABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərildiABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərildiABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərildiABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərildi/ banker.az

Banklar     Tarix: 02 iyul 2026

Oxşar xəbərlər

Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb

"Meqa Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarında 22 milyon 760 min manat sığorta haqqı toplayıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, ötə

Qazaxıstan Mərkəzi Bankı faiz dərəcəsini 50 baza bəndi endirib

Qazaxıstan Milli Bankı baza faiz dərəcəsini 50 baza bəndi azaldaraq 16,25%-dən 15,75%-ə endirib. xəbər verir ki, oktyabrın 23-də qəbul edilən bu qərar ölkədə pul-kredit siyasətinin yumşaldılması prosesinin davam etdiyin

Könüllü sığorta bazarı: sığorta haqları +12,6% artıb

Azərbaycanda könüllü sığorta bazarı üzrə 2026-cı ilin yanvar–sentyabr aylarında 992 milyon 874 min manat sığorta haqqı toplanıb. Azərbaycan Mərkəzi Bankının statistikası əsasında xəbər verir ki, 2025-ci ilin eyni dövründ

AMB: Kommersiya banklarında korporativ idarəetmə tələbləri yenilənəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya banklarında korporativ idarəetmə tələblərini yeniləyəcək. xəbər verir ki, bunu AMB-nin sədr müavinı Toğrul Əliyev Bakıda keçirilən "Dayanıqlı Biznes: Korporativ İdarəetmə, Ris

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

ABB Beynəlxalq Risk Forumu keçirdi

ABB-nin təşkilatçılığı ilə Bakıda Beynəlxalq Risk Forumu keçirilib. Mastercard şirkətinin də tərəfdaşlıq dəstəyi göstərdiyi tədbirdə tənzimləyici qurumların təmsilçiləri, maliyyə sektorunun menecerləri, risklərin idarə edilməs

Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi

Sahibkarlığın inkişafına və ölkə iqtisadiyyatının real sektorunun maliyyələşdirilməsinə xüsusi önəm verən Ziraat Bank Azərbaycan mikro sahibkarlar üçün yeni kredit kampaniyasına start verir. 20 dekabr 2026-cı il tarixinədə

Azərbaycan Sənaye Sığortada yığımlar 20% azalıb, ödənişlər 56% artıb

"Azərbaycan Sənaye Sığorta" ASC-də 2026-cı ilin yanvar–sentyabr aylarında sığorta haqları və ödənişlərinin dinamikası əks istiqamətdə dəyişib. xəbər verir ki, şirkətin topladığı sığorta haqları 2025-ci ilin eyn

Yüksək gəlir hələ başlanğıcdır – TL kart hədiyyəsi də Ziraat Bank Azərbaycandan

Ziraat Bank Azərbaycan müştərilərinə vəsaitlərini etibarlı şəkildə dəyərləndirmək, yüksək faiz gəliri əldə etmək və əlavə hədiyyə qazanmaq üçün yeni depozit kampaniyası təqdim edir. Ziraat Bank Azərbaycan müştərilərinə vəsaitlərin


iqtisadi xeberler bitcoin rubl mezenne 1000 manatla biznes biznes krediti