ABB rəhbərliyi V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda

ABB rəhbərliyi V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda®İyunun 16-dan başlanmış V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda (TIIF-2026) ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun rəhbərliyi ilə Bankın nümayəndə heyəti də təmsil olunur.
Bu barədə Abbas İbrahimov özünün sosial media hesablarında paylaşım edib.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dünən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla görüşündə ABB-nin İdarə Heyətinin sədri də iştirak edib.
Azərbaycan və Özbəkistanın hökumət rəhbərlərinin iştirakı ilə ABB, Özbəkistan Respublikasının İnvestisiya, Sənaye və Ticarət Nazirliyi, həmçinin DavrBank arasında üçtərəfli əməkdaşlıq sazişi imzalanıb.
Bu əməkdaşlıq çərçivəsində ABB özü və törəmə müəssisələri vasitəsilə Özbəkistanda bank və maliyyə xidmətlərinin, ticarətin maliyyələşdirilməsi alətlərinin inkişafına, investisiya proqramlarına aktiv şəkildə dəstək verəcək, rəqəmsal bankçılıq, biznes üçün internet bankçılıq, mobil bank xidmətləri, maliyyə texnologiyaları və ödəniş infrastrukturu sahəsində müasir həllər tətbiq edəcək. Kiçik və orta biznesin fəal şəkildə dəstəklənməsi də ABB-nin Özbəkistan bazarında iştirak planlarına daxildir.
ABB-nin nümayəndə heyəti forum çərçivəsində yerli və xarici təmsilçilərlə bir sıra görüşlər keçirərək yeni tərəfdaşlıq imkanlarını da müzakirə ediblər.
Qeyd edək ki, ABB strateji inkişaf hədəflərinə uyğun olaraq özəl bank – Davr Bankın əsas nəzarət səhm paketini əldə etməklə bu il Özbəkistan bazarına daxil olmaq niyyətini hələ ötən aydan elan edib. Bütün icazə və sənədləşmə prosedurları tamamlandıqdan sonra cari ilin ikinci yarısından ABB Özbəkistan bazarında "ABB Davr Bank" adı ilə fəaliyyətə başlamağı planlayır.
ABB rəhbərliyi V Daşkənd Beynəlxalq İnvestisiya ForumundaABB rəhbərliyi V Daşkənd Beynəlxalq İnvestisiya ForumundaABB rəhbərliyi V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda/ banker.az

Banklar     Tarix: 18 iyun 2026

Oxşar xəbərlər

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib

"Atəşgah Həyat" Sığorta Şirkəti 2026-cı ilin yanvar–sentyabr aylarında topladığı sığorta haqlarından daha çox sığorta ödənişi həyata keçirib. -ın hesablamalarına görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə


iqtisadi xeberler bitcoin qiymeti dollar mezenne leobank kart biznes ideyalari