ABB və AZAL-dan təyyarə biletlərində sərfəli təklif
®ABB AZAL-la birgə səyahətsevərlər üçün maraqlı yenilik təqdim edib. AZAL-ın təyyarə biletlərini indi TamKartla alıb ödənişi hissə-hissə həyata keçirmək olar. Bu imkan yalnız AZAL-ın rəsmi internet səhifəsindən və mobil tətbiqindən elektron qaydada alınmış biletlərə aiddir.
Müştəri istəyindən asılı olaraq ödənişi TamKartla 3 ayadək faizsiz taksitlə ödəyə bilər. Bu fürsətdən AZAL-ın bütün istiqamətlər üzrə təşkil etdiyi uçuşlarda faydalanmaq mümkündür. Bunun üçün müştəri AZAL-ın internet səhifəsində və ya tətbiqində bileti seçib ödəniş mərhələsinə keçməli, ödəniş üsulu kimi TamKartı seçməlidir. TamKartı buradan, AZAL-ın təyyarə biletlərini isə buradan onlayn əldə edə bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar. / banker.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Bill Qeyts kimdir?
SWIFT nədir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?