ABB "Yaşıl dünya" təşəbbüslərinə dəstək olaraq BMT-nin Qlobal Sazişinə qoşuldu

ABB (®) ABB dayanıqlılıq sahəsində təşəbbüslərinin davamı olaraq BMT-nin Qlobal Sazişinə qoşulub. Bu Saziş biznesin sosial məsuliyyətinin təşviq edilməsi və onun dayanıqlı inkişaf prinsiplərinə uyğunluğunu stimullaşdırır. BMT-nin Qlobal Sazişinə üzv olması Bankın Dayanıqlı İnkişaf Məqsədləri (SDG), eləcə də ekoloji, sosial və korporativ idarəetmə sahələrinin (ESG) təşviqini əhatə edir. Beləliklə, ABB Qlobal Sazişin 10 prinsipinə əməl edəcəyini bəyan etmiş olur. 
Xatırladaq ki, ötən il ABB 2022-ci il üzrə beynəlxalq standartlara uyğun hazırlanmış Dayanıqlı İnkişaf Hesabatını da təqdim edib və dayanıqlılıq istiqamətində fəaliyyətini ictimaiyyətlə paylaşıb. 
Karbon emissiyasını, kağız, elektrik enerjisi və yanacaq istehlakını azaldıb 
2023-cü ildə də ABB yaşıl bankçılıq istiqamətində əhəmiyyətli nəticələr əldə edib. Ötən il müştəri və işçi sayının artmasına baxmayaraq, bankdaxili fəaliyyət nəticəsində ABB ətraf mühitə emissiya olunan karbon qazının həcmini ("Scope 1 & 2") 5% azaldıb. Beləliklə, ABB karbon emissiyasının həcmini 2023-cü ildə əvvəlki illə müqayisədə hər işçi üzrə 16% azaltmağa nail olub.
Eləcə də, 2023-cü ildə ABB bir müştəri üzrə kağız istehlakını 2022-ci illə müqayisədə 28% azaltmağa nail olub. Həmçinin, Bankın bir əməkdaşı üzrə elektrik enerjisi və yanacaq istehlakında da ötən illə müqayisədə müvafiq olaraq 10% və 16% azalma qeydə alınıb. 
ABB ətraf mühitlə bağlı layihələrini də uğurla davam etdirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Visa şirkəti ilə əməkdaşlıq əsasında ölkəmizin ilk ekoloji bank kartı olan TamEco-nu bazara təqdim edib. Bu layihə üzrə ölkə ərazisində 36 000 ağac əkilib. 
2023-cü ildə ABB dayanıqlı bankçılığa xidmət edən texnoloji innovasiyaları da geniş tətbiq edib. TamDigi kartının təqdimatı ilə fiziki karta tələb azaldılıb. Rəqəmsal kredit və əmanət məhsullarının təklif olunması ilə fiziki sənəd dövriyyəsinin azaldılmasına zəmin yaradılıb. Qısa müddət ərzində 100 000-dən çox kart plastik və kağız istifadəsi olmadan təqdim edilib. Eləcə də 200 000-dən artıq kredit və 1000-dən çox əmanət müraciəti kağız istifadəsi olmadan tam rəqəmsal formada icra olunub. 
BMT-nin dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq gender bərabərliyini qoruyur
ABB gender bərabərliyinin qorunmasına və qadınların karyera inkişafına da xüsusi diqqət ayırır. Son illər ərzində Bankda işə götürülən qadın işçilərin sayında əhəmiyyətli artım tendensiyası qeydə alınıb. Nəticədə 2023-cü ildə ABB-də qadın əməkdaşların sayı əvvəlki illə müqayisədə 15% artaraq 1437 nəfərə çatıb. Rəhbər vəzifələrdə çalışan qadınların sayı isə 33% artımla 108 nəfər təşkil edib. 
KSM layihələri ilə dayanıqlı inkişafa töhfə verir
ABB ölkəmizdə təhsilin, idmanın, mədəniyyətin inkişafına dəstək layihələrini də davam etdirməkdədir. 2023-cü ildə ABB Tech Akademiyasının təşkilatçılığı ilə Akademiyanın tələbə və məzunları üçün "Karyera Həftəsi" keçirilib. Bankın müxtəlif ali təhsil müəssisələri ilə tərəfdaşlığı əsasında ayrı-ayrı universitetlərdə də karyera günləri təşkil olunub. İndiyə qədər ABB Tech Akademiyasının 30-dan artıq proqramından 603 nəfər məzun olub. 35%-i ABB-də olmaqla məzunların ümumən 82%-i 130-dan artıq yerli və xarici şirkətdə işə qəbul edilib. 
ABB tələbələr arasında "TamGənc Basketbol Liqası"na, Təhsilin İnkişafı Forumuna, DOST Agentliyinin Azərbaycan Banklar Assosiasiyası ilə birgə BDU-da fiziki məhdudiyyətli gənclər üçün təşkil etdiyi "Sərhədsiz istedadlar" sərgi-yarmarkasına da dəstək verib. Bank həmçinin Riyaziyyat sahəsində xüsusi istedada malik gənclər üçün Yay Riyaziyyat Düşərgəsi təşkil edib. 
ABB-nin gələcək inkişaf strategiyasında da dayanıqlılıq mövzusu əsas istiqamətlərdən biri kimi nəzərdə tutulub. Bank bu il Azərbaycanın ev sahibliyi edəcəyi, dayanıqlılıq və iqlim dəyişikliyi üzrə qlobal nüfuzlu tədbir olan COP29-da iştirak perspektivlərini də nəzərdən keçirir.
Gələcək planlarının tərkib hissəsi kimi, ABB artıq BMT-nin İqlim Dəyişiklikləri uzrə Çərcivə Konvensiyasının (UNFCCC) maliyyə mexanizmi Yaşıl İqlim Fondu ("Green Climate Fund") ilə akkreditasiya prosesinə başlayıb. Bu Fondla əməkdaşlıq əsasında yerli bizneslərin dayanıqlı inkişaf istiqamətində təşəbbüslərini maliyyələşdirməyi nəzərdə tutur. 
ABB yaxın dövrdə karbon kreditlər, dayanıqlı istiqrazlar və kreditlər kimi yaşıl bankçılıq və dayanıqlı maliyyələşmə ilə bağlı bir çox sahələrdə müştərilərə müxtəlif yeniliklərin təklif edilməsi üçün araşdırmalarını davam etdirir. Həmçinin kağız və digər təbii resurlardan istifadəyə qənaət məqsədilə müxtəlif yeni rəqəmsal və fiziki həllərin tətbiqini hədəfləyən layihələrin icrasını planlaşdırır. / marja.az

Banklar     Tarix: 15 mart 2024

Oxşar xəbərlər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana


iqtisadi xeberler pul qazanmaq bitkoin qiymeti bank faizleri biznes xeberleri