ABB yeni imic filmini təqdim etdi

ABB yeni imic filmini təqdim etdi®Regionun ən böyük maliyyə qurumu olan ABB yeni imic filmini təqdim edib. "ABB Bizik!" devizi ilə hazırlanmış film Bankın bütünləşdirici rolunu diqqətə çatdırır. 
Universal həlləri ilə, bütün müştəri seqmentlərinin ehtiyaclarını qarşılayan çeşidli məhsul və xidmətləri ilə, formalaşdırdığı yeni təcrübələrlə, iştirak etdiyi irimiqyaslı layihələrlə bu gün ABB ölkə və cəmiyyət həyatında çox mühüm müsbət təsirlər yaratmaqdadır. 
Bank 3.5 milyondan çox fərdi, 20 minə yaxın korporativ müştəriyə xidmət edir. Ölkəmizdəki bir çox dövlət və özəl qurumların, kiçik və orta sahibkarların etibarlı maliyyə tərəfdaşıdır. 1800-ə yaxın səhmdar ABB-də pay sahibidir, Bankda 3500-dən çox əməkdaş çalışır. ABB bu qədər şəxsi, onların doğmalarını yaratdığı dəyərlər ətrafında bir araya gətirir, ayrı-ayrı fərdlər və qurumlar arasında bağlantı qurur, imkanlar yaradır, inkişaf proseslərini dəstəkləyir. Bütün bunlar ABB-nin bütünləşdirici rolunu getdikcə daha da gücləndirir. 
Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "Bu gün ABB sadəcə bank olmaqdan daha üstün mövqeyə yüksələrək insanlarımızın gündəlik həyatında vacib bir dəyərə çevrilib. Bu dəyəri müştərilərimizlə, tərəfdaşlarımızla, səhmdarlarımızla, əməkdaşlarımızla, bir sözlə, ABB adında bütünləşən hər kəslə birgə yaratmışıq. Biz bu insanlarla, onlar isə ABB ilə bir bütünük, birlikdə ABB-yik. İmic filmimizin ötürdüyü "ABB Bizik!" mesajı da belə bir xoş reallığı vurğulayır". 
Filmi buradan izləyə bilərsiniz. 
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. / banker.az

Banklar     Tarix: 03 iyun 2024

Oxşar xəbərlər

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs


iqtisadi xeberler iqtisadiyyat xeberleri valyuta xeberleri biznes qurmaq online pul qazanmaq