ABŞ Federal Ehtiyatlar Sistemi kriptovalyuta bazarına necə təsir edir?

ABŞ Federal Ehtiyatlar Sistemi kriptovalyuta bazarına necə təsir edir?®ABŞ Federal Ehtiyatlar Sistemi (FRS) iyunun 14-də verdiyi qərara əsasən uçot faiz dərəcəsi diapazonunu illik 5-5,25% səviyyəsində saxlayıb. FRS-in bu qərarı verməsinə təsir edən əsas səbəb, iyunun 13-də ABŞ Əmək Statistikası Bürosunun ölkədə istehlak qiymətləri indeksinin (CPI) 4%-ə (əvvəlki 4.9% idi) enməsi barədə açıqlaması oldu. Bu, inflyasiyanın kəskin azalması və 2021-ci ilin martından bəri ən aşağı göstəricisidir. FRS-in rəhbəri Jerome Powell çıxışı zamanı inflyasiya səviyyəsinin hələ də yüksək olduğunu açıqlasa da, ümumilikdə ABŞ-da iqtisadi fəallığın cüzi templə böyüməyə davam etdiyini qeyd edib.
ABŞ Federal Ehtiyatlar Sisteminin faiz qərarı kriptovalyuta bazarında qiymətlərə təsir edən vacib fundamental faktorlardan biridir. Çünki faiz dərəcəsinin dəyişməsi birbaşa dolların likvidlik həcminə təsir edir və nəticədə bitcoin və digər riskli aktivlərin qiymətinin dəyişməsinə səbəb olur. Bəs FRS-in faiz qərarı dolların likvidlik həcminə və bitcoin-in qiymətinə nəcə təsir edir? Bunu qısa və aydın şəkildə izah etməyə çalışacam.
FRS-in faiz dərəcəsi ABŞ-ın monetar siyasətinin əsas alətlərindən biridir ki, bu da inflyasiyanın və iqtisadi artımın hədəf səviyyəsini saxlamağa yönəlib. FRS-in faiz dərəcəsi bazarda pulun dəyərini müəyyən edir və dollara olan tələb və təklifə birbaşa təsir göstərir. Ümumiyyətlə, FRS-in uçot faiz dərəcəsinin artırılması dolların likvidliyinin azalmasına gətirib çıxarır, çünki bu, dolları bahalaşdırır və investorlar üçün cəlbedici edir. Bu o deməkdir ki, dollara tələb təklifi üstələyir və bazar iştirakçıları dollar qıtlığı yaşayır. Dolların güclənməsi dünyada əsas antiböhran aktivi olan ABŞ dövlət istiqrazlarının gəlirliliyinin artmasına səbəb olur. Əksinə, FRS-in uçot dərəcəsinin aşağı salması isə dolların likvidliyinin genişlənməsinə gətirib çıxarır, çünki bu, dolları ucuzlaşdırır və investorlar üçün daha az cəlbedici edir. Bu o deməkdir ki, dollar təklifi tələbi üstələyir. 
FRS-in uçot faiz dərəcəsi kriptovalyutaların qiymətinə necə təsir edir?
İqtisadi tənəzzül və ya böhran zamanı FRS-in uçot faiz dərəcəsini artırır. Bununla paralel olaraq kommersiya bankları fiziki və hüquqi şəxslərə verilən kreditlər üzrə faizləri artırır və beləliklə investisiyalar bahalaşır. Bu, bütün sahələrdə iqtisadiyyatı ləngidir, mallara, xidmətlərə və istənilən iqtisadiyyatın digər komponentlərinə tələbat azalır. Belə çətin şəraitdə investorlar səhmlər və bitcoin də daxil olmaqla yüksək riskli aktivləri sataraq, dövlət istiqrazları kimi proqnozlaşdırıla bilən və nisbətən az gəlirli aktivləri seçməyə meylli olurlar. Bundan əlavə, faiz dərəcəsinin artırılması fond bazarına da mənfi təsir göstərir. Kriptovalyutalar ayrıca aktiv sinfi olsalar da, səhm bazarı ilə sıx əlaqəlidirlər, ona görə də FRS-in faiz artımı böyük ehtimal bitcoin-in dəyər itirməsi ilə müşahidə olunacaq. Faiz dərəcəsini aşağı salındıqda isə FRS sistemə likvidlik yeridərək açıq bazarda aktivlər əldə etməyə başlayır. Bazarda dollar çoxalır, kreditlər ucuzlaşır, investisiya mühiti yaxşılaşır. Bütün bunlar iqtisadi artımı sürətləndirir, biznesə və vətəndaşlara aşağı faiz dərəcələri vasitəsilə daha ucuz pul əldə etməyə imkan verir. Ucuz pul investorları risk tələblərini azaltmağa və yeni texnologiyalara, startaplara və kriptovalyutalar da daxil olmaqla digər riskli aktivlərə investisiya etməyi təşviq edir. Bitcoin-in dəyər qazanması ümumilikdə kriptovalyuta bazarında altkoinlərin qiymətlərinin qalxmasına birbaşa təsir edir. FRS növbəti aylarda faizləri azaltmaq istiqaməti tutsa, kriptovalyutaların qiyməti birmənalı şəkildə qalxacaq. Hesab edirəm ki, bu proses cari ilin sentyabr ayından başlaya və 2024-cü ilin noyabr ayına qədər davam edəcək. Əgər, FRS-in faiz dərəcəsinin aşağı salınması geosiyasi risklərin artması, qlobal iqtisadiyyatda ümumi böhran və dünya bazarlarında qeyri-sabitlik ilə müşayiət olunarsa, bu, təhlükəsiz valyuta kimi dollara yenidən tələbatın artmasına səbəb ola bilər ki, bu da öz növbəsində kriptovalyutaların dəyər itirməsi ilə nəticələnək. 
Müəllif: Elnur Quliyev / Birgə İnvest, Layihələr üzrə baş menecer / banker.az

Kriptovalyuta     Tarix: 19 iyun 2023

Oxşar xəbərlər

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə kəskin bahalaşma müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,53% bahalaşaraq 81 039,86 ABŞ dolların

Bitkoinə pul yatıranlardan 30 milyon dollar oğurlanıb

2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb. xəbər verir ki, bu barədə "Chainalysis" analitik şirkəti yazır. Məqalədə qeyd olunu

"Bitcoin" 90 min dollara kimi ucuzlaşıb

Qlobal kriptovalyuta bazarında ticarət qarışıq dinamika ilə davam edir. Bazarın lideri olan "Bitcoin" ucuzlaşsa da, hələlik 90 min dollar yuxarı ticarət edilir. xəbər verir ki, son göstəricilərə əsasən "Bitcoin"i

10 min dollarla son 12 ayda ən çox qazandıran - SAHƏLƏR, MƏBLƏĞLƏR, SİYAHI

Bir il əvvəl əldə 10 min dollar olsaydı, hara yatırardınız? Dünyadakı bütün investorları, xüsusilə də kiçik yatırımçıları maraqlandıran bu suala 2025-ci ilin müxtəlif aktivlərin gəlirliyi üzrə nəticələri cavab verir. . bizne

Bitcoin-in qiyməti 60 min dollara düşdü

Bitcoin, qlobal texnologiya səhmlərindəki satış dalğasının dərinləşməsi və müxtəlif aktiv siniflərində riskli mövqelərin ləğv edilməsi ilə cümə günü 16 ayın ən aşağı səviyyəsini görüb və 60 min dollar həddini test edib.  bizne

"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT

"Bitcoin"in qiyməti son 8 ayın maksimum səviyyəsinə yüksəlib. xəbər verir ki, dünyanın əsas kriptovalyutası 3,7 faizdən çox artaraq 84 min 129 dolları keçib. "Bitcoin"in qiyməti cümə günündən bəri artı

"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap"də "Bitcoin" 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib. "Ethereum" sutka ərzində 1,58

Kriptobirjada son durum: "Bitcoin" və "Ethereum" ucuzlaşıb

Kriptovalyuta bazarında son sutkada əsas aktivlər üzrə mənfi dinamika qeydə alınıb. xəbər verir ki, "CoinmarketCap" platformasında "Bitcoin"in qiyməti 1% azalaraq 95 368 dollar səviyyəsinə enib. "Ethereum"u

"Bitcoin" 75 min dollara yaxınlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında qiymətlər kəskin yüksəlib.  xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitkoin"in qiyməti son 24 saat ərzində 8,08% artaraq 74 758,42 dollara çatıb. Son 7 gündə isə BTC 18,14


iqtisadi xeberler valyuta xeberleri online pul qazanmaq internetden pul qazanmaq iqtisadiyyat xeberleri