ABŞ-ın büdcə kəsiri azalıb
ABŞ Maliyyə Nazirliyi sentyabr ayı və 2025-ci maliyyə ilinə dair büdcə balansı hesabatını yayıb.
Biznes.az xəbər verir ki, hesabata görə, 1 oktyabr 2024-də başlayıb 30 sentyabr 2025-də başa çatan 2025-ci maliyyə ilinin son ayında federal hökumət 198 milyard dollar büdcə artıqlığı əldə edib.
Federal hökumətin büdcə artıqlığı ötən ilin eyni ayında 80 milyard dollar təşkil etmişdi.
Hökumətin gəlirləri sentyabrda ötən ilin eyni ayı ilə müqayisədə 3 faiz artaraq 544 milyard dollara yüksəlib, xərcləri isə 23 faiz azalaraq 346 milyard dollara enib.
Gömrük rüsumlarından əldə olunan gəlirlər rekord səviyyəyə çatıb.
ABŞ federal hökumətinin 2025-ci maliyyə ili üzrə ümumi büdcə kəsiri 1 trilyon 775 milyard dollar təşkil edib.
Ölkənin büdcə kəsiri 2024-cü maliyyə ilində 1 trilyon 817 milyard dollar olmuşdu. Beləliklə, büdcə kəsiri 2025-ci maliyyə ilində ötən illə müqayisədə 2 faiz azalıb.
Federal hökumətin 2025-ci maliyyə ilində gəlirləri ötən illə müqayisədə 6 faiz artaraq 5 trilyon 235 milyard dollara yüksəlib, xərcləri isə eyni dövrdə 4 faiz artaraq 7 trilyon 10 milyard dollara çatıb.
Hesabat dövründə rekord səviyyəyə çatan gömrük rüsumu gəlirləri büdcə kəsirinin azalmasında mühüm rol oynayıb. 2025-ci maliyyə ilində gömrük rüsumlarından əldə olunan gəlir 153 faiz artaraq 195 milyard dollara yüksəlib.

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
Biznes təlimlər və tədris üsulları
Whatsapp biznesin üstünlükləri nələrdir?
ZARA-nın uğur hekayəsi
CV hazırlayarkən buraxılan 5 səhv
Biznes plan necə yazılır?