ABŞ neft bazarında istiqamət dəyişdi
ABŞ-da büdcə komissiyasında razılığa gələ bilməmək bazarlarda hərəkətliliyə səbəb olub.
Biznes.az xəbər verir ki, Brent neftinin bir bareli beynəlxalq bazarlarda 66,10 dollar səviyyəsində alıcı tapır.Dünən Brent neftinin bir bareli 66,78 dollara qədər yüksəlsə də, günü 66,01 dollar səviyyəsində tamamlayıb. Bu gün saat 09:16 itibarı ilə Brent neftinin bir bareli 0,13% artaraq 66,10 dollar olub. Eyni vaxtda West Texas tipli xam neftin bir bareli 62,30 dollardan ticarət olunurdu.
Qiymətlərdəki qismən artımda OPEC+ ölkələrinin istehsal qərarlarına dair gözləntilər və ABŞ-da federal hökumətin bağlanmasının yaratdığı qeyri-müəyyənliklər rol oynayıb.
OPEC+ qrupuna daxil olan Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman 5 oktyabrda keçiriləcək toplantıda noyabr ayı üçün istehsal həcmini müəyyən edəcəklər.
Petrol İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və tərəfdaşları OPEC+ keçən ay keçirilən toplantıda oktyabr üçün gündəlik 137 min barel istehsal artımı qərarı qəbul etmişdi. Bu istehsal artımı gözləntisi qlobal bazarlarda təklif artığı proqnozlarını gücləndirir.
OPEC Katibliyi isə açıqlamasında, bəhs edilən ölkələrin istehsalını gündəlik 500 min barel artıracağı barədə xəbərləri təkzib edərək, iddiaların tamamilə "yanlış və yanıltıcı" olduğunu bildirib.
Digər tərəfdən, ABŞ-da ticarət xam neft ehtiyatlarının azalması qiymətlər üzərində yüksəliş təzyiqi yaradır.
ABŞ-da rəsmi ehtiyat məlumatları açıqlanmadan əvvəl proqnoz verən American Petroleum Institute (API) bildirib ki, keçən həftə ABŞ ehtiyatları əvvəlki həftəyə nisbətən 3 milyon 674 min barel azalıb. Ehtiyatlardakı azalma, ABŞ-da tələbin nisbətən güclü olduğuna işarə edərək neft qiymətlərini dəstəkləyib. ABŞ Enerji İnformasiya İdarəsi (EIA) rəsmi ehtiyat məlumatlarını gün ərzində açıqlayacaq.

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"iPhone 15" modelinin üstünlükləri
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
Bitcoin necə işləyir?