Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstəyi gücləndirir - FOTOLAR
Abşeron Ticarət Mərkəzi kiçik və orta sahibkarlığın inkişafı üçün dövlət-özəl tərəfdaşlığını gücləndirir.
Abşeronun sahibkarları ilə görüş keçirilib - FOTOLAR
FED.az xəbər verir ki, Ticarət Mərkəzi yeni imkanlarla bağlı sahibkarların rəyini öyrənməklə yanaşı, dövlətin müvafiq strukturları ilə əməkdaşlıqlar yaradır.
Kiçik və Orta biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndə heyəti ilə görüşdə bizneslərini Abşeron Ticarət Mərkəzində yerləşdirmiş sahibkarların əldə etdikləri üstünlüklər barədə məlumat verilib və bu sahibkarların mövcud dövlət proqramlarından istifadə imkanları müzakirə edilib.
Bildirilib ki, 300 hektara yaxın ərazidə yerləşən və 1500-dən çox mağazanı bir araya gətirən kompleks sahibkarlara müasir ticarət və logistika şəraiti təqdim edir.
Dövlət qurumu nümayəndələri genişləndirilmiş tikinti bazarı ərazisi ilə yaxından tanış olublar. KOBİA nümayəndələrinə Dərnəgül Tikinti Bazarı ərazisindən buraya köçəcək sahibkarlar üçün yaradılmış əmək mühiti və biznes şəraiti barədə ətraflı məlumat verilib. Öz bizneslərini Abşeron Ticarət Mərkəzinə artıq köçürmüş sahibkarlar burada onlara bizneslərinin inkişafı və dayanıqlılığı üçün daha yaxşı imkanlar təqdim edildiyini bildiriblər.
Mərkəzdə fəaliyyət göstərən bütün obyektlər yanğından mühafizə sistemi, 24/7 canlı mühafizə xidməti, obyektlərin sığortalanması, geniş və pulsuz parkinq zonası, həmçinin yükləmə-boşaltma və nəqliyyat-logistika imkanları ilə təmin olunub. Bu şərait sayəsində sahibkarlar bizneslərini təhlükəsiz və dayanıqlı şəkildə inkişaf etdirmək imkanı qazanırlar.
KOBİA nümayəndələri mərkəzdə fəaliyyət göstərən müxtəlif mağazalara baş çəkərək sahibkarlarla görüşüb, onların təcrübə və ehtiyacları barədə fikir mübadiləsi aparıblar.
Abşeron Ticarət Mərkəzi ilə KOBİA arasında əməkdaşlıq imkanları, birgə layihələrin həyata keçirilməsi və kiçik və orta sahibkarların dəstəklənməsi istiqamətində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Shopify-da necə satışa başlamaq olar?
Onlayn biznes növləri
Ən çox gəlir gətirən onlayn bizneslər
Kriptovalyuta nədir və necə alınır?
İlon Mask kimdir?