AccessBank 2023-ci ilin 3-cü rübü üzrə maliyyə hesabatını açıqlayır

AccessBank 2023-ci ilin 3-cü rübü üzrə maliyyə hesabatını açıqlayır®Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2023-cü ilin 3-cü rübü üzrə maliyyə nəticələrini açıqlayır. 
Ətraflı məlumat əldə etmək üçün:
Bank, 2023-cü ilin 3-cü rübü ərzində də bütün əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirib, Biznesin maliyyələşdirilməsində liderlik mövqeyini qoruyub.  Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə:
Kredit portfeli 29.7% artaraq, 992.4 milyon manata yüksəlib.
Kredit portfelinin 75.8%-ni biznesə ayrılmış kreditlər təşkil edir. Biznes portfeli 22.8 % və ya 139.8 milyon manat artıb. 
AccessBankın mənfəətlilik göstəriciləri də proqressiv artım nümayiş etdirib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə:
Faiz gəlirləri 41.6% artaraq, 142 milyon manata çatıb. Xalis faiz gəlirləri isə 55.2% artıb və 88.7 milyon manata yüksəlib. 
Qeyri-faiz gəlirləri 57.2% artaraq, 13.4 milyon manata çatıb. 
Xalis əməliyyat mənfəəti 3.1 dəfə artaraq, 40.9 milyon manata çatıb. 
Xalis mənfəəti də 2022-ci ilin müvafiq dövrünün nəticəsi ilə müqayisədə 5.6 dəfə artaraq 29.3 milyon manata çatıb.  
Bütövlükdə, Bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 32.5% artaraq, hesabat dövrünün sonunda 1.4 milyard manata çatır. 
Eyni zamanda, bankın likvid aktivləri 331.1 milyon manat təşkil edir ki, bu da cəmi aktivlərin 23.7%-i həcmindədir. 
Bankın depozit portfeli 27.8% artaraq 1025.6 milyon manat təşkil edir. 
Əhalinin müddətli əmanətləri 22.7% artaraq, 680.6 milyon manata çatıb. Bu isə, əhali arasında AccessBank – a olan güclü inamın əsas göstəricilərindən biridir.
AccesBankın kapital buferi də böyüyüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məcmu kapitalın həcmi 52.4% və ya 46 milyon manat artaraq 133.9 milyon manata çatıb ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.7 dəfə artıqdır. 
Bankın fəaliyyət şəbəkəsi 14–ü Bakıda, 18-sı bölgələrdə olmaqla, 32 filial üzərindən təşkil olunub, həmçinin müştərilərə rəqəmsal xidmətlər təqdim olunmaqdadır.  / banker.az

Banklar     Tarix: 16 oktyabr 2023

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda


iqtisadi xeberler valyuta xeberleri bu gunun xeberleri dollar kursu avtomobil xeberleri