AccessBank, AmCham və Neurotime süni intellekt hakatonu təşkil edir

AccessBank, AmCham və Neurotime süni intellekt hakatonu təşkil edir® Amerika-Azərbaycan Ticarət palatasının (AmCham Azerbaijan) təşkilatçılığı, AccessBank və Neurotime tərəfdaşlığı ilə "Building with AI: From İdea to Working Product" adlı birgünlük innovasiya hakatonu keçiriləcək.
23 may 2026-cı il tarixində baş tutacaq tədbir iştirakçılara süni intellekt texnologiyalarından istifadə etməklə ideyalarını qısa müddət ərzində real işlək məhsul və prototiplərə çevirmək imkanı yaradacaq. "Building with AI: From Idea to Working Product" iştirakçılar üçün, şəbəkələşmək, yeni əməkdaşlıqlar qurmaq və AI əsaslı inkişafın gələcəyini praktiki şəkildə təcrübədən keçirmək üçün unikal platformadır.
Tədbirə proqram təminatı tərtibatçıları, süni intellekt mühəndisləri, startap komandaları, məhsulyönümlü komandalar, dizaynerlər və texnologiyaya maraq göstərənlər qoşula biləcək. Komandalar ChatGPT, Claude, Cursor, Lovable, Replit, Zapier, API-lər və digər müasir AI platformalarından istifadə edərək innovativ həllər hazırlayacaqlar.
Hakatonda iştirak etmək istəyən şəxslər və komandalar qeydiyyat üçün linkə daxil ola bilər: Building with AI: From İdea to Working Product
Yalnız müsabiqə şərtlərinə uyğun olan iştirakçılarla  mobil nömrə və ya imeyl vasitəsilə əlaqə saxlanılacaq.
Hakaton çərçivəsində iştirakçılar bir gün ərzində ideyadan işlək prototipə qədər olan məhsul inkişaf prosesini həyata keçirəcək, günün sonunda isə hazırladıqları həlləri münsiflər heyətinə təqdim edəcəklər. Tədbir yaradıcılıq, sürətli problem həlli, komanda işi və AI vasitəsilə daha çevik məhsul quruculuğu prinsiplərinə fokuslanacaq.
Tədbirin ümumi mükafat fondu 5 000 AZN təşkil edir:
I yer — 2 500 AZN
II yer — 1 500 AZN
III yer — 1 000 AZN
AccessBank müasir texnologiyaların tətbiqini və innovativ təşəbbüsləri daim dəstəkləyərək rəqəmsal transformasiya və texnoloji ekosistemin inkişafına töhfə verir. Bank innovasiya yönümlü layihələrə dəstək göstərməklə gənc mütəxəssislərin, startapların və texnologiya icmasının inkişafını təşviq etməyi prioritet istiqamətlərdən biri hesab edir. / banker.az

Banklar     Tarix: 08 may 2026

Oxşar xəbərlər

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını


iqtisadi xeberler pul qazanmaq rubl mezenne biznes krediti en son xeberler